Türkiyənin eyni vaxtda 72 qırıcı ilə hücuma keçməsinin səbəbi bəlli olub
Tarix: 21-01-2018 21:51 | Bölmə: Siyasət
Türkiyənin eyni vaxtda 72 qırıcı ilə hücuma keçməsinin səbəbi bəlli olub

Dünən Türkiyə ordusu 72 qırıcını birdən havaya qaldıraraq Afrindəki PKK/YPG terror qruplaşmasına qarşı hücuma keçib.

Dünya mediası Türkiyənin birdən-birə 72 qırıcını niyə havaya qaldırmasını müzakirə edərkən təhlükəsizlik üzrə ekspert Abdullah Ağar buna aydınlıq gətirib.

Reyting.az saytı mia.az-a istinadla xəbər verir ki, A. Ağar Türkiyənin 72 qırıcının eyni anda havaya qaldırıb, hücum etməsinin anlamlı olduğunu bildirib. O, əməliyyata qatılan 72 qırıcının "Fərat qalxanı" əməliyyatı zamanı şəhid olan 72 türk əsgərinin ruhuna sayğı məqsədi daşıdığını deyib.

Ağar qeyd edib ki, Afrinə 72 savaş təyyarəsi ilə gerçəkləşdirilən hava hücumunun tarixdə bir bənzəri yoxdur: "Ən son 2007-ci ildə İraqın şimalında bir əməliyyata 50 qırıcı eyni anda qatılmışdı. Afrinə 72 qırıcı ilə edilən hücumda isə 113 hədəfdən 95.57 faizi, yəni 108-i dəqiq vurulub. Bu, bir dünya rekordudur. Dünyada bunun bənzəri yoxdur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}