Müəlliflər qonorarlarının 5 faizini Müəllif Hüquqları Agentliyinə verəcək
Tarix: 09-02-2018 22:30 | Bölmə: Slayd
Müəlliflər qonorarlarının 5  faizini Müəllif Hüquqları Agentliyinə verəcək

Nazirlər Kabineti "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə" qərar verib.

Qərara əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara illik haqqın hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməsini təmin etmək tapşırılıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}