Rusiyadakı təyyarə qəzasında azərbaycanlı biznesmen həlak olub
Tarix: 11-02-2018 22:15 | Bölmə: Slayd
 Rusiyadakı təyyarə qəzasında azərbaycanlı biznesmen həlak olub

Rusiyanın Moskva şəhərinin "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radarlardan itib.

Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisinə düşüb.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub. Təyyarənin qalıqları tapılsa da, sərnişinlərdən sağ qalan olmayıb.

Qəzada həyatını itirən sərnişinlərin siyahısı dərc edilib. Məlumata görə, sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı var.

Reyting.az xəbər verir ki, Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

Azərbaycan vətəndaşı N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Rusiyada 3 illik yaşamaq icazəsi olan N. Qəhrəmanovun Orskda tikiş sexi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}