MSK 5 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib
Tarix: 14-02-2018 15:30 | Bölmə: Slayd
MSK 5 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması müzakirə olunub.

MSK-nın katibi Arifə Muxtarova deyib ki, Anar Azər oğlu Umudov prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün MSK-ya müraciət edib.

Məsələ səsverməyə çıxarılaraq təsdiqlənib.

İclasda daha sonra Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, namizədlikləri öz təşəbbüsü ilə irəli sürmüş Zahid Orucun və Tural Abbaslının namizədliklərinin irəli sürülməsi təsdiqlənib.

Xatırladaq ki, MSK-nın bugünkü iclasında ilk olaraq prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən seçkilərdə namizədliyinin irəli sürülməsi təsdiq olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}