14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İlham Əliyev Fond sədrinə müavin təyin edib - Sərəncam
Tarix: 15-02-2018 11:54 | Bölmə: Slayd
İlham Əliyev Fond sədrinə müavin təyin edib

Azərbaycan prezidenti İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.

Rəhman Dursun oğlu Hümmətov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Sərəncamda həmçinin bildirilir ki, Nazirlər Kabineti Prezidentin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Qeyd olunub ki, Nazirlər Kabineti normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin.

Onu da qeyd edək ki, R. Hümbətov 1998-ci ildə Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarə Etmə İnstitutunu Biznesin təşkili və idarə olunması ixtisası üzrə, 2000-ci ildə isə həmin İnstitutun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə fərqlənmə diplomları ilə bitirib.

2000-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb.

2005-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Yeddi elmi məqalənin və bir monoqrafiyanın müəllifidir.

Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında Qiymətli kağızlar departamentinin aparıcı iqtisadçısı vəzifəsində başlayıb.

2000-2004-cü illərdə Mərkəzi Bankının Bazar əməliyyatları departamentində aparıcı iqtisadçı, baş iqtisadçı, daha sonra şöbə rəisi və departamentin direktor müavini vəzifələrində çalışıb.

2006-cı ilin yanvar ayından Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

2007-ci ilin aprel ayından Azərbaycan Respublikası Mərkəzi Bankının Beynəlxalq əlaqələr departamentinin direktor müavini, həmin ilin avqust ayından isə departament direktoru vəzifələrində çalışıb.

2008-ci ilin fevral ayında Azərbaycan Respublikasının Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə yenidən Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

R. Hümbətov 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində ipoteka qanunvericliyi və kreditləşməsi üzrə təlim kursları aparır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}