ABŞ prezident seçkisinə görə həmyerlimizi həbs etmək istəyir - Foto
Tarix: 17-02-2018 07:42 | Bölmə: Siyasət
ABŞ prezident seçkisinə görə həmyerlimizi həbs etmək istəyir

ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə ölkədə keçirilmiş prezident seçkilərinə dair iş üzrə 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

Bu barədə sənəd cümə günü idarənin saytında yerləşdirilib.

İttiham olunanlar sırasında əslən Azərbaycandan olan sahibkar Ceyhun Nəsimi oğlu Aslanovun da adı var.

Digər fiqurantlar Mixail Bıstrov, Mixail Burçik, Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda, Robert Bovda, Vadim Podkopayev, İrina Kaverzina, Qleb Vasilçenko, Vladimir Venkovdur.

ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bildirib ki, ölkəsi ittiham olunan 13 rusiyalının ekstradisiyasına nail olmaq niyyətindədir.

"Biz adi prosedurlarla hərəkət edərək əməkdaşlıq və ekstradisiyaya nail olacağıq", - deyə o, bildirib.Report)

ABŞ prezident seçkisinə görə həmyerlimizi həbs etmək istəyir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}