14:42 / 29-03-2024
Premyer Liqada iki turun təqvimi açıqlanıb
14:15 / 29-03-2024
Kişilərin diqqətinə: 5 il tez pensiyaya çıxa bilərsiniz
13:58 / 29-03-2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:45 / 29-03-2024
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub
13:25 / 29-03-2024
Vergi orqanlarının işçilərinin maaşları artırılır
13:12 / 29-03-2024
İran niyə İsraillə böyük münaqişədən çəkinir?
12:42 / 29-03-2024
Sabahın hava proqnozu açıqlanıb
12:27 / 29-03-2024
Deputat Qüdrət Həsənquliyev: "Azərbaycanda belə hadisə olsa, necə olacaq?"
12:17 / 29-03-2024
Füzuli şəhərinə daha 35 ailə köçürülüb - (Yenilənib)
12:13 / 29-03-2024
Çinin yeni raketi heyrətləndirir
12:08 / 29-03-2024
Rusiyada hərbi səfərbərlik başlayıb
12:07 / 29-03-2024
Fövqəladə rejimlə bağlı qanun sərtləşdirilib
12:04 / 29-03-2024
Səfir Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasından danışıb
11:58 / 29-03-2024
ABŞ-nin NATO-dan çıxması məsələsi qaldırıla bilər
11:51 / 29-03-2024
Berbok: “Almaniya Qəzzada təhlükəsizliyi təmin edə bilər”
11:41 / 29-03-2024
Bu siniflər üzrə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
11:38 / 29-03-2024
“Su təchizatı və tullantı suları haqqında” qanun dəyişib
11:28 / 29-03-2024
“Crocus City Hall”da xəsarət alanların sayı 382 nəfərə çatıb
11:16 / 29-03-2024
Daha 163 dövlət əmlakı hərraca çıxarılacaq
10:56 / 29-03-2024
Ermənistanda Solovyovun verilişləri qadağan edilib
10:41 / 29-03-2024
Üçqat dünya çempionu həbs olunub
10:33 / 29-03-2024
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
10:09 / 29-03-2024
Türkiyənin 20 şəhərində əməliyyat: daha 70 FETÖ üzvü qandallanıb
09:49 / 29-03-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:37 / 29-03-2024
Ağstafa rayon sakini narkotiklə tutulub
09:25 / 29-03-2024
Politoloq apellyasiya şikayəti verib
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
14:49 / 25-03-2024
Ermənistan Rusiyadan nə qədər uzaqlaşıb? - İrəvanda çığır-bağır və reallıq
Qaradağlı faciəsinin 26 ili tamam olur
Tarix: 17-02-2018 08:44 | Bölmə: Slayd
Bu gün Qaradağlı faciəsinin 26 il tamam olur.
Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Azərbaycan Respublikasının Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb. İşğal zamanı ermənilər dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. 26 il əvvəl bu kənddə törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn “UAZ” markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi.
Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak oldu.
1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi.
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:12
İran niyə İsraillə böyük münaqişədən çəkinir?
Bu gün, 12:17
Füzuli şəhərinə daha 35 ailə köçürülüb - (Yenilənib)
Bu gün, 03:54
Məşhur jurnalisti öldürmək istəyirlər
Bu gün, 02:52
Lavrov: “Putin Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarına təəccübləndi”
Bu gün, 02:32
Kiyevin süqutundan danışırlar: Ukraynanın müttəfiqləri ən pis ssenariləri nəzərdən keçirir
Dünən, 09:39
Yer güclü geomaqnit qasırğasına məruz qalıb
27-03-2024, 18:04
İranın Azərbaycana qarşı “B”oris planı” işə düşüb
27-03-2024, 11:24
“Crocus”dakı terror Türkiyə üçün siqnaldır
27-03-2024, 00:54
Konsert zalına hücumda şübhəli şəxslərin vəkilləri hədələnir - Foto
27-03-2024, 00:15
Rusiyadakı terror aktı... - Yeni ehtimallar üzə çıxır
27-03-2024, 00:12
Xərçəng xəstəliyinin müalicəsini kosmosda axtarırlar
25-03-2024, 11:06
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
25-03-2024, 00:53
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
24-03-2024, 23:09
Hərbi qulluqçumuz özünü öldürüb
22-03-2024, 14:45
Araz dəhlizi, yoxsa Astara-Rəşt? - Rusiyalı ekpertlərin şübhələri
22-03-2024, 13:21
Sərhəddə kəndlərin təhvili: delimitasiya bu məkandan başlayır?
22-03-2024, 08:54
Ruslar Ukraynaya dəhşətli hava hücumu təşkil edib
22-03-2024, 00:35
ABŞ Çinin kosmik silahları ilə bağlı həyəcan təbili çalır
21-03-2024, 19:53
Avropada təhlükəli virus yayılır
21-03-2024, 17:41
Dünyanın ən xoşbəxt ölkələri müəyyənləşib - Siyahı
20-03-2024, 23:31
Azərbaycan Ordusunun zabiti özünü öldürüb
20-03-2024, 14:08
Putin Qərbə qarşı koalisiya yaradır
19-03-2024, 21:15
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
19-03-2024, 20:00
Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib
19-03-2024, 18:28
Fransa Ukraynaya iki min döyüşçü göndərmək istəyir
19-03-2024, 12:14
Avropada NATO-nun ən böyük hərbi bazası qurulur
19-03-2024, 11:19
Güclü maqnit qasırğası olacaq
19-03-2024, 00:07
Azərbaycanda Novruz bayramı qeyd olunur
18-03-2024, 23:11
Ukrayna ordusu geri çəkilir
18-03-2024, 23:00
Rusiya Almaniyanı soyqırımda ittiham edir
18-03-2024, 21:30
NATO Baş katibi: "Azərbaycanla yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq" - Müsahibə
18-03-2024, 20:16
Borrell ikibaşlı danışır
18-03-2024, 16:28
Yuxusuzluq kökəlməyə səbəb olur - Araşdırma