09:25 / 29-03-2024
Politoloq apellyasiya şikayəti verib
09:02 / 29-03-2024
Füzuli şəhərinə daha 35 ailə köçürülüb
04:10 / 29-03-2024
Ermənistan KTMT-də iştirakını dondurub
03:54 / 29-03-2024
Məşhur jurnalisti öldürmək istəyirlər
03:18 / 29-03-2024
UEFA AVRO-2024-ün reqlamentini dəyişdirə bilər
03:14 / 29-03-2024
Müqavilə imzalanıb: Ukraynaya bir milyon mərmi göndərirlər
03:01 / 29-03-2024
Klinton və Obama Baydeni dəstəkləmək üçün Nyu-Yorka gəlib
02:52 / 29-03-2024
Lavrov: “Putin Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarına təəccübləndi”
02:32 / 29-03-2024
Kiyevin süqutundan danışırlar: Ukraynanın müttəfiqləri ən pis ssenariləri nəzərdən keçirir
02:21 / 29-03-2024
Tanınmış jurnalist vəfat edib
01:53 / 29-03-2024
Ukrayna xəbərdar edir: Qara dənizdə təhlükə yenidən artıb
01:05 / 29-03-2024
Rusiya bazarını tərk edən şirkətlərin itkisi 107 milyard dolları ötüb - Foto
00:50 / 29-03-2024
Avtobus qəzasında 45 nəfər həyatını itirib
00:46 / 29-03-2024
Simonyan: “Müttəfiqimiz Rusiya ən kritik anda bizi aldatdı”
00:35 / 29-03-2024
Makron Ukrayna məsələsində özünü "Uşaq kralı" kimi aparır
00:01 / 29-03-2024
Hikmət Hacıyev: "Çinli dostlarımızla fəal işləməyi səbirsizliklə gözləyirik” - Video
21:47 / 28-03-2024
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
20:22 / 28-03-2024
Yazıçı Akif Əli ittifaq sədri seçilib - Fotolar
18:59 / 28-03-2024
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:04 / 28-03-2024
Mingəçevirdə yataqxanada yanğın olub
17:51 / 28-03-2024
Əfqanıstanda güclü zəlzələ baş verib
17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
17:32 / 28-03-2024
ARKA-da işçi qrupu yaradılır, yeni film çəkilir
17:29 / 28-03-2024
İcra başçısının qardaşını öldürən şəxsə hökm oxunub
17:24 / 28-03-2024
Yalnız üç növ silah Ukraynada müharibənin gedişatını dəyişə bilər
17:17 / 28-03-2024
ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq
17:16 / 28-03-2024
Premyer Liqa: növbəti turun təqvimi açıqlanıb
17:07 / 28-03-2024
Taksilərdə POS-terminallar quraşdırılacaq
16:57 / 28-03-2024
Taksilər yalnız iki rəngdə olacaq
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
13:26 / 24-03-2024
Bakıya yağış, rayonlara qar yağacaq
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır
Tarix: 19-02-2018 12:05 | Bölmə: Slayd
Son dövrlər Azərbaycanın bəzi orta məktəblərində baş verən biabırçılıqlar təhsil ocaqlarında problemin daha dərin olduğunu üzə çıxarıb. Direktorların müəllim və valideynlərə münasibəti, məktəblərdə təhlükəsizlik boşluqları, son günlər isə bəzi şagirdlərin əxlaqsız durumda yaxalanmaları vəziyyətin daha kritik olduğunu göstərir.
Bəs görəsən, orta təhsil müəssisələrində biabırçı vəziyyətin yaranmasına səbəb nədir? Məktəb rəhbərliyinin bu vəziyyətin formalaşmasında rolu nə qədərdir?
Kamran Əsədov: “Bəzi məktəb direktorları məktəbdən o qədər bixəbər, səriştəsizdır ki...”
Bu və ya məsələlərlə bağlı fikirlərini “Reytinq”lə bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, orta məktəblərdə ciddi problemlər var. Onun sözlərinə görə, məktəb direktoru və müəllimlər tədris və idarəetmədə nöqsanlara yol verirlər:
“Bu gün Azərbaycanda 4500-ə yaxın orta məktəb fəaliyyət göstərir. Təəssüflər olsun ki, bu orta məktəblərdə təhsil alan 1,6 milyon şagirdimizə təhsil, tərbiyə verməli olan 151 min müəllimin müəyyən hissəsi öz vəzifəsinin öhdəsindən gələ bilmir”.
Kamran Əsədov qeyd edib ki, məktəbdəki hadisələri heç bir halda valideynlərin verdiyi və ya vermədiyi tərbiyə ilə əlaqələndirmək olmaz. Çünki hətta verilməyən tərbiyəni şagird nümayiş etdirmək üçün şəraiti məktəbdə tapır:
“Bəzi məktəb direktorları məktəbdən o qədər bixəbər və səriştəsizdır ki, onların fəaliyyətsizliyi nəticəsində xoşagəlməz hadisələr baş verir.
Məktəb minlərlə müəllim və şagirdi özündə birləşdirən böyük bir ailədir. Bu ailənin yaranması və formalaşması bir çox amillərdən asılıdır. Bu amillərə, ilk növbədə, sağlam pedaqoji mühit, məsuliyyətli kollektiv, şagird, müəllim və valideynlərin bir məqsədə yönəlmiş birgə fəaliyyəti və digər bu kimi məsələlər daxildir. Ailənin rəhbəri sayılan direktorun əsas vəzifəsi isə məktəb üçün düzgün istiqamətlər müəyyənləşdirmək, kreativ düşünən müəllimləri dəstəkləmək, məktəbin gündəlik həyatına yeni rəng qatan, bu mühitə canlanma və maraq gətirən, kollektiv tərəfindən alqışlanan yenilikləri qəbul edərək reallaşdırılmasına kömək göstərməkdən ibarətdir. Yalnız bu halda ailəyə bənzətdiyimiz məktəbin uğurları artır”.
Müsahibimiz nəzərə çatdırıb ki, bu gün bəzi məktəb direktorları rəhbərlik etdikləri qurumda bu müsbət işi görə bilmirlər. Onun fikrincə, əksər məktəblərdə müəllimlərarası qruplaşma, birləşmə var ki, bu da təhsil ocağında keyfiyyətə mənfi təsir göstərir:
“Məktəbdə elə mühit yaradılmalıdır ki, şagirdlər düşündükləri məsələləri çəkinmədən məktəb rəhbərliyi və müəllimlərlə bölüşməyi bacarsınlar.
Son illər ərzində baş verən hadisələrin əsas səbəblərindən biri də odur ki, orta məktəbləri idarə edənlər vəzifələrinin öhdəsindən gələ bilmir, şagirdlər üçün hansısa qorxu, cəza mexanizmi yoxdur, təhsilverənin hüquqları yox dərəcəsindədir. Şagirdlərin iştirakı ilə baş verən hadisələrin müzakirəsi, şəxsi həyata müdaxilə kimi başa düşülməməlidir. Orta məktəb ictimai yerdir və ictimai qaydanın qorunması baş veribsə, kimliyindən asılı olmayaraq, o şəxs cəzalandırılır, ictimai müzakirəyə çıxarılır”.
Ekspert qeyd edib ki, orta məktəblərdəki neqativ halların səbəbkarı direktorlardır. Onun fikrincə, 2 aylıq təlim keçənlər bu gün orta təhsil müəssisələrinə rəhbər təyin edilirlər. Amma belə insanları məktəbin rəhbərliyinə gətirmək çox təhlükəlidir:
“Filandiyada məktəbdə müəllim işləmək üçün magistratura təhsili tələb olunur. Bizim ölkədə baş verənlər isə göstərir ki, məktəbləri idarə edən şəxslər normativ hüquq aktlardan da xəbərsizdirlər. Hətta orta məktəbləri idarə edən şəxslər qürurlanırlar ki, bizim məktəbin məzunları yüksək balla ali məktəblərə qəbul olunublar. Amma orta təhsil müəssisələrində əldə edilən naliyyətlər, gedən inkişaf və ali məktəblərə qəbul balı məktəbin uğuru demək deyil. Bütün bunlar repetitorların uğurudur.
Azərbaycanda 1.5 milyondan çox şagird təhsil alır. Onların əksəriyyəti fərdi müəllim yanına gedir. Hətta birinci sinif şagirdləri belə repetitorlara müraciət edirlər. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən şagirdlərin 95 faizi fərdi müəllim yanında hazırlıq keçib. Bilirsiniz ki, repetitorların çoxu orta məktəblərdə çalışmırlar”.
Təhsil ekspertinin sözlərinə görə, baş verən neqativ hallar göstərir ki, direktorlar şəxsi maraqlarına xidmət edən təhlükəsizlik kameraları quraşdırırlar: “Ancaq təhlükəsizlik kameraları şagirdlərin aktiv hərəkət etdikləri ərazilərdə quraşdırılmalıdır. Təkcə çəkiliş etməklə iş bitmir. Bütün çəkilişlər daimi olaraq izlənməli və orta məktəb psixoloqları daimi olaraq şagirdlərlə işləməlidir”.
Elşən Qafarov: “İdarəetmə təcrübəsi və ya səriştəsi olmayan kadrların rəhbər vəzifələrə təyin olunması...”
Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, təhsil üzrə ekspert Elşən Qafarov da təhsil müəssisələrində artan neqativ hallardan narahatdır. E. Qafarovun sözlərinə görə, bu problemlərin hər birini ayrıca müzakirə mövzusu olan bir neçə səbəblə izah etmək olar. Onun fikrincə, ümumtəhsil məktəblərində tədris mühitinin aradan qalxmasının səbəblərindən biri də Tərbiyə Konsepsiyasının olmamasıdır:
“Düşünürəm ki, Milli Məclis ilk növbədə ölkə üçün Tərbiyə Konsepsiyasını qəbul etməlidir. Həmin Konsepsiyaya uyğun olaraq, ümumtəhsil məktəblərində tərbiyə prosesinin təkili ilə bağlı normativ aktlar tərtib olunmalıdır.
Təhsilimizin sistem daxilində və ya hüquq çərçivəsində idarə olunmaması da mühüm çatışmazlıqdır. Ümumtəhsil müəssisələrinin fəaliyyətini əsaslandıran məktəb nizamnamələri belə yoxdur.
Kadr amilini də gözardı edə bilmərik. Son illərdə təhsil sahəsində kütləvi şəkildə kadr dəyişikliyi, təhsilə bağlı olmayan kadrların təhsili idarəetmə orqanlarında yüksək vəzifələrə, idarəetmədə təcrübəsi və ya səriştəsi olmayan kadrların məktəblərə rəhbər vəzifələrə təyin olunması mövcud problemləri pik həddə çatdırıb. Hətta deyərdim ki, vəziyyət sanki idarəolunmazdır.
Məktəbdaxili intizam qaydalarının olmaması da ciddi fəsadlar yaradır. Tədris müəssisələrinin nizamnamələri olmadığına görə daxili intizam qaydaları da yoxdur. Təhsilverənlər üçün bu prosesi “Təhsil işçilərinin Etik Davranış Qaydaları” tənzimləyirsə , təhsil alanlar üçün belə tənzimləyici sənəd yoxdur. Ümumtəhsil məktəblərində psixoloji və sosioloji xidməti günün tələbləri səviyyəsinə gətirib çatdırmaq lazımdır. Bu sahə onsuz da zəif idi, son 1 ildə tamamilə bərbad hala salındı”.
E. Qafarov “Reytinq”in əməkdaşına deyib ki, 2017-ci ildə ümumtəhsil məktəblərində dərs bölgüsünün heç bir hüquqi əsas olmadan diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aparılması müəllimlərin kütləvi şəkildə haqsızlıqla üzləşməsi, məktəbdaxili narazılıqların genişlənməsi, məktəblərdə tərbiyə prosesinin təşkili və idarə edilməsini arxa plana keçirib: “Vəziyyət göründüyündən qat-qat ağırdır və bu ağırlaşmanın davam edəcəyini düşünürəm”.
Təhsi eksperti çıxış yolunu Təhsil Nazirliyində struktur dəyişikliklərini özündə birləşdirən islahatlarda, pedaqoji kadrların, xüsusilə idarəedicilərin peşəkarlıqlarının artırılmasında, təhsil müəssisələrində təhsil mühitini bərpa etmək üçün gərəkli addımların atılmasında və sairdə görürür.
Zaur ƏHMƏD
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:02
Füzuli şəhərinə daha 35 ailə köçürülüb
Bu gün, 03:54
Məşhur jurnalisti öldürmək istəyirlər
Bu gün, 02:52
Lavrov: “Putin Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarına təəccübləndi”
Bu gün, 02:32
Kiyevin süqutundan danışırlar: Ukraynanın müttəfiqləri ən pis ssenariləri nəzərdən keçirir
Dünən, 09:39
Yer güclü geomaqnit qasırğasına məruz qalıb
27-03-2024, 18:04
İranın Azərbaycana qarşı “B”oris planı” işə düşüb
27-03-2024, 11:24
“Crocus”dakı terror Türkiyə üçün siqnaldır
27-03-2024, 00:54
Konsert zalına hücumda şübhəli şəxslərin vəkilləri hədələnir - Foto
27-03-2024, 00:15
Rusiyadakı terror aktı... - Yeni ehtimallar üzə çıxır
27-03-2024, 00:12
Xərçəng xəstəliyinin müalicəsini kosmosda axtarırlar
25-03-2024, 11:06
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
25-03-2024, 00:53
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
24-03-2024, 23:09
Hərbi qulluqçumuz özünü öldürüb
22-03-2024, 14:45
Araz dəhlizi, yoxsa Astara-Rəşt? - Rusiyalı ekpertlərin şübhələri
22-03-2024, 13:21
Sərhəddə kəndlərin təhvili: delimitasiya bu məkandan başlayır?
22-03-2024, 08:54
Ruslar Ukraynaya dəhşətli hava hücumu təşkil edib
22-03-2024, 00:35
ABŞ Çinin kosmik silahları ilə bağlı həyəcan təbili çalır
21-03-2024, 19:53
Avropada təhlükəli virus yayılır
21-03-2024, 17:41
Dünyanın ən xoşbəxt ölkələri müəyyənləşib - Siyahı
20-03-2024, 23:31
Azərbaycan Ordusunun zabiti özünü öldürüb
20-03-2024, 14:08
Putin Qərbə qarşı koalisiya yaradır
19-03-2024, 21:15
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
19-03-2024, 20:00
Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib
19-03-2024, 18:28
Fransa Ukraynaya iki min döyüşçü göndərmək istəyir
19-03-2024, 12:14
Avropada NATO-nun ən böyük hərbi bazası qurulur
19-03-2024, 11:19
Güclü maqnit qasırğası olacaq
19-03-2024, 00:07
Azərbaycanda Novruz bayramı qeyd olunur
18-03-2024, 23:11
Ukrayna ordusu geri çəkilir
18-03-2024, 23:00
Rusiya Almaniyanı soyqırımda ittiham edir
18-03-2024, 21:30
NATO Baş katibi: "Azərbaycanla yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq" - Müsahibə
18-03-2024, 20:16
Borrell ikibaşlı danışır