Putin və Ərdoğan yenidən görüşəcək
Tarix: 20-02-2018 00:41 | Bölmə: Xəbərlər
Putin və Ərdoğan yenidən görüşəcək

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü aprelin əvvəlində Türkiyədə keçirilə bilər.

"RİA Novosti" xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

"Türkiyə, Rusiya və İran arasında Suriyadakı problemin nizamlanması ilə bağlı danışıqlar davam edir. Martın 14-də Moskvada bizim xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək. Martın 16-da Astanada İranın iştirakı ilə üçtərəfli görüş olacaq", – deyə Bozdağ bildirib.

O əlavə edib ki, Putin və Ərdoğan arasında görüşün dəqiq tarixi hazırda müəyyən edilməyib, lakin aprelin əvvəlinə planlaşdırılır. Görüşdən sonra Suriya ilə bağlı Rusiya-Türkiyə-İran sammitinin keçirilməsi nəzərdə tutulur/Report.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}