Xarici valyutada olan kreditlərə güzəştlər yenidən müzakirəyə çıxarılır
Tarix: 22-02-2018 11:21 | Bölmə: Slayd
Xarici valyutada olan kreditlərə güzəştlər yenidən müzakirəyə çıxarılır

Xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi yenidən müzakirə olunur.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanda kapital bazarının mövcud imkanları ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi toksit aktivləri, eləcə də problemli kreditləri səhmləşdirib qiymətli kağızlar bazarına çıxarmağa imkan vermir: "Bu baxımdan daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiqidir”.

Reyting.az-ın xəbərinə görə, V. Bayramov qeyd edib ki, İqtisadi və Sosal İnkişaf Mərkəzi (CESD) olaraq 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim ediblər: “Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu "üç tərəfli güzəşt” mexanizmi adlanır.

Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir”.

İqtisadçı ekspertin sözlərinə görə, əgər belə olarsa, bu, vətəndaş üçün ağırlıq yaratmaz, çünki artıq kreditin üçdə ikisini başqa tərəf ödəyir: “Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də eyni prinsip keçərlidir”.

İqtisadçı bildirib ki, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür: "Nəticə etibarilə problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olur. Bu zaman Mərkəzi Bankın heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanı qazanır.

Düşünürəm ki, problemli kredit probleminin həlli üçün bizim təkiliflərin qəbul edilməsi məqsədəuyğun olardı”.

Xarici valyutada olan kreditlərə güzəştlər yenidən müzakirəyə çıxarılır

V. Bayramov qeyd edib ki, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edilib. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın alıb, onları səhmləşdirərək bazara çıxarıb: “Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub”.

Ekspert əlavə edib ki, kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub:

"ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda "üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}