Bahar Muradova: “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”
Tarix: 22-02-2018 11:30 | Bölmə: Slayd
Bahar Muradova: “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”

"Zaman gələcək, Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər".

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Azərbaycan” qəzetinin nəşr etdirdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatında çıxışı zaman deyib.

B.Muradova bildirib ki, bu kitab çox böyük əhəmiyyət kəsb edir və tariximizin qan yaddaşını özündə əks etdirir.

Vitse-spiker qeyd edib ki, bu kitab tarixi məhkəmənin qurulması üçün mühüm bir sənəd rolunu oynayacaq: “Bu kitab Azərbaycanın haqq-ədalət uğrunda mübarizə aparmaq imkanını genişləndirir”.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}