16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prokuror generallara ağır cəza istəyir
Tarix: 22-02-2018 16:10 | Bölmə: Slayd
Prokuror generallara ağır cəza istəyir

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçiriləcək prosesdə dövlət ittihamçısının çıxış edib.

Prokuror Sübahir Qurbanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı digər şəxslərə - generallar Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun14 , Natiq Alıyevin 14, Fərhad Atayevin 7il, Anar Şirəliyevin 7 il , Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror zamində olan Natavan Mirvətovanın həbs edilməsini istəyib. Həmçinin prokuror təqsirləndirilən generalların rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsini təklif edib. Digər vəzifəli şəxslərinin rütbədən məhrum olunması təklifi də çıxışda yer alıb.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.(Teleqraf.com)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}