Müəllimlərin və elmi müəssisələrdə çalışanların əmək haqqı artırılıb - Sərəncam
Tarix: 28-02-2018 20:14 | Bölmə: Slayd
Müəllimlərin və elmi müəssisələrdə çalışanların əmək haqqı artırılıb

Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezidentin növbəti sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları da martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Hər iki sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}