17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İsa Qəmbər Türkiyə Böyük Millət Məclisinin keçmiş başqanı ilə görüşüb
Tarix: 03-03-2018 22:23 | Bölmə: Slayd
İsa Qəmbər Türkiyə Böyük Millət Məclisinin keçmiş başqanı ilə görüşüb

“Ankarada Hacettepe xəstəxanasında İsa Qəmbərin müalicəsi uğurla davam edir. Özünü yaxşı hiss edir”.

Reyting.az
saytı xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

O qeyd edib ki, Müsavatın sabiq başqanı İ.Qəmbərlə keçmiş Məclis başqanlarının görüşü də olub:

“Bu gün İsa bəyin Hacettepe Universitetinin rektoru professor A.Haluk Özən, Türkiyə Böyük Millət Məclisinin keçmiş başqanı, millət vəkili Cəmil Çiçəklə görüşləri oldu.

Nikbin əhvalda keçən görüşlərdə İsa bəyin səhhəti ilə yanaşı digər məsələlər barədə də fikir mübadiləsi apardıq”.
A.Hacılı sonda qeyd edib ki, İ. Qəmbər onun səhhəti ilə maraqlanan, ona xoş arzularını çatdıran hər kəsə təşəkkürünü bildirir.

Qeyd edək ki, fevralın 28-də Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}