16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mətbuat işçiləri etiraz aksiyası keçirəcək - Səbəb
Tarix: 06-03-2018 21:16 | Bölmə: Slayd
Mətbuat işçiləri etiraz aksiyası keçirəcək

“Qaya Mətbuat Yayımı” MMC-nin əməkdaşları piketə hazırlaşır. Etiraz aksiyasının martın 15-də, saat 11:00-dan 11:30-dək Dövlət Gömrük Komitəsinin binası qarşısında keçiriləcəyi bildirilir.

Bu barədə Reyting.az-a “Qaya Mətbuat Yayımı” MMC-dən məlumat verilib.

MMC-nin direktoru Xanhüseyn Əliyevin piketlə bağlı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova müraciət etdiyi də bildirilir.

MMC-dən bildiriblər ki, piketin keçirilməsinə səbəb, Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələri qüvvədə ola-ola Dövlət Gömrük Komitəsinin idxal olunan Kütləvi İnformasiya Vasitələri məhsullarından qeyri-qanuni olaraq Əlavə Dəyər Vergisi tələb etməsidir.

Piketdə 30 nəfər iştirak edəcək.

MMC əməkdaşları piketdə səsləndirəcəkləri şüarları da müəyyənləşdiriblər:

1) Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələrinə əməl edilsin!

2) Qanun olan yerdə qərar heş nəyi həll etmir!

3) İdxal olunan KİV məsullarına ƏDV-nin tətbiqi dərhal dayandırılsın!

4) Cənab Mirqasım Vahabovun özbaşınalığına son qoyulsun!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}