14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Müharibə əlilləri və şəhid ailələri üçün 10 milyon manat ayrılıb
Tarix: 13-03-2018 17:40 | Bölmə: Slayd
Müharibə əlilləri və şəhid ailələri üçün 10 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}