23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib - Fotolar
Tarix: 15-03-2018 16:02 | Bölmə: Slayd
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib

Azərbaycan prezidenti İlham Əliyev ölkədə yeni yaşıllıqların salınması istiqamətində mühüm işlər görüb, lazımi tapşırıqlar verir. Bu tapşırıqlara təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) deyil, müxtəlif dövlət orqanları, ekologiya və ətraf mühitin qorunması ilə məşğul olan QHT-lər və ictimaiyyət tərəfindən də dəstək verilir, müvafiq qurumlar müxtəlif tədbirlər görüb, ekoloji maarifləndirmə işi ilə bağlı aksiyalar keçirirlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində yüz minlərlə ağac və müxtəlif kol bitkiləri əkilir, ətraf mühitin qorunub saxlanması istiqamətində mühüm işlər görülür.

Ətraf mühitin qorunmasına dövlət səviyyəsində böyük vəsaitlər sərf edildiyi halda, bəzi işbazlar şəxsi mənfəətləri üçün “yaşıl soyqırım”a əl atır, müxtəlif ərazilərdə yaşıllıqları məhv edirlər.

Vətəninfo.az saytı xəbər verir ki, yaşıllıqlara qənim kəsilənlərdən biri də özünü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin yaxın qohumu kimi təqdim edən "Ceyhun-3” İstehsalat Kommersiya Firmasının rəhbəri Hacı İlyasdır.

Saytın yazdığına görə, Hacı İlyas Xətai rayonu, Zığ yolu küçəsi, 4 ünvanında yerləşən ərazini kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Şəhər İcra Hakimiyyətindən icra müqaviləsi ilə alsa da, adıçəkilən ünvandakı sahəni özəlləşdirib. Bundan sonar isə “yaşıl soyqırım” başlayıb.

Məlumata görə, Hacı İlyas artıq ərazidəki yaşıllıqları məhv etdirir. O, əvvəlcə ETSN-nın müvafiq departamentindən ağacların "köçürülməsi"ilə bağlı rəy almağa çalışsa da, istəyi reallaşmayıb. Sonradan 2 saylı İqtisad Məhkəməsində ağacların köçürülməsi ilə bağlı iddia qaldıran Hacı İlyas nəhayət ki, məhkəmə prosesi zamanı ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən 118 ağacın köçürülməsi ilə bağlı rəy ala bilib.

Görəsən, ağacların köçürülməsinə rəy verən departament "Ceyhun-3" İstehsalat Kommersiya Firmasından ağacları hara köçürülməsi ilə bağlı hansısa rəsmi sənəd alıbmı?

Qeyd edək ki, yuxarıda adıçəkilən ərazidə ailəvi istirahət resotoranı fəaliyyət göstərir və 20 il əvvəl - həmin istirahət mərkəzinin fəaliyyətə başladığı dövrdə ərazidə yaşıllaşdırma işləri aparıblar. Mərkəzin rəhbəri Qadir Əhmədov və Əli Əliyev 2015-2016-2017-ci illərdə, yəni Hacı İlyas qeyd edilən sahəni müxtəlif yollarla sənədləşdirdikdən sonra, ərazidəki 12 tut, 30 sərv, 3 iydə, 4 qovaq, 1 heyva, 1 qaraağac, 2 qlediça, 10 əncir, 1 xurma, 2 söyüd ağacı, 22 nar kolu, 20 ədəd yeni əkilmiş şam və sərv tingləri, 10 ədəd meyvə tingi, ümumilikdə 118 ədəd ağac və kol bitkisinin bioloji inkişafda olduğu müəyyən edilib. Hətta bununla bağlı akt da tərtib olunub. Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı, məsləhətçi-müfəttiş Hüseyn Məmməd oğlu Adgözəlovun tərtib etdiyi akt "Ceyhun-3” İstehsalat Kommersiya Firmasının rəhbəri Hacı İlyasa təqdim edilib.

Amma hansısa səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamenti məhkəmədə 118 ağacı Hacı İlyasın öhdəsinə buraxıb və o da 2018-ci il martın 10-11-də (şənbə-bazar) fürsəti əldən verməyərək, səhər-səhər, Azan sədaları altında ağacları köçürmək adı ilə onların qətlinə fərman verib.
Sayt iddia edir ki, Hacı İlyas “yaşıl soyqırımı” həyata keçirən zaman səlahiyyətli dövlət orqanlarından kimsə etirazını bildirməyib. Yəqin bu susqunluğun səbəbi Hacı İlyasın özünü QMİ sədri Hacı Allahşükür Paşazadənin qohumu kimi təqdim etməsidir.

Görəsən, Xətai Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin Hacı İlyasın 20 illik ağacları kəsməsinə göz yummasını başqa hansı səbəbləri var?

Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib
Xətaidə azan sədaları altında “yaşıl soyqırımı” baş verib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}