Daha bir şəxsin prezidentliyə namizədliyi qeydə alınıb
Tarix: 17-03-2018 21:47 | Bölmə: Siyasət
Daha bir şəxsin prezidentliyə namizədliyi qeydə alınıb

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda digər məsələlərlə yanaşı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə də baxılıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Calal oğlu Məmmədovun namizədliyi qeydə alınıb.

İclasda daha sonra MSK-nın qərarı ilə seçkilərdə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər qeydə alınıb.

Komissiyanın iclasında bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Siyasi partiyaların və prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidə missiyalarının təmsilçilərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}