16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev və xanımı Novruz şənliyində iştirak ediblər - Foto
Tarix: 19-03-2018 09:49 | Bölmə: Gündəm
İlham Əliyev və xanımı Novruz şənliyində iştirak ediblər

Martın 19-dan Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

İncəsənət ustalarının baharı tərənnüm edən mahnılarının sədaları altında milli geyimli uşaqlar rəqs edirdilər.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Ümumxalq şənliyi Dənizkənarı Milli Parkda davam etdirilir.

İlham Əliyev və xanımı Novruz şənliyində iştirak ediblər




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}