Abid Şərifov: “Bayıl sakinlərinə 10 gün ərzində kompensasiya veriləcək”
Tarix: 04-04-2018 12:51 | Bölmə: Slayd
Abid Şərifov: “Bayıl sakinlərinə 10 gün ərzində kompensasiya veriləcək”

Bayıldakı sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək. Kompensasiya hər ev üçün kv.metrə uyğun hesablanacaq.

Reyting.az-ın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifov bildirib ki, Bayılda qiymətləndirmə "Sovetski"dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikilən 97 ev sənədsiz, qanunsuzdur. Amma istənilən halda vəsait hər kv.metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz.

Baş nazirin müavini sürüşmə zonalarında ev tikintisinin qəti qadağan olunduğunu da bəyan edib. Onun sözlərinə görə, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib: “Ümumiyyətlə, istər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. Tapşırılıb ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, bu, qəti qadağandır. Nəticəsi də göz qarşısındadır. Bayıl zonasında tikinti aparmaq olmaz”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}