16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Exit-poll”un ilkin nəticələri açıqlanıb - Siyahı
Tarix: 11-04-2018 19:17 | Bölmə: Slayd
“Exit-poll”un ilkin nəticələri açıqlanıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb:

“80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi.

Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı”.

“Exit-poll”un ilkin nəticələri açıqlanıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 82,71 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz

Sərdar Cəlaloğlu - 3,56 faiz

Zahid Oruc - 3,37 faiz

Hafiz Hacıyev - 2,1 faiz

Araz Əlizadə - 1,87 faiz

Fərəc Quliyev - 1,33 faiz

Razi Nurullayev 0,92 faiz".

Reyting.az saytı APA-ya istinadla xəbər verir ki, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi də Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini elan edib.

“Exit-poll”un ilkin nəticələri açıqlanıb

Nəticələr aşağıdakı kimidir:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 86,53%;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 2,92%;

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%;

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1, 73%;

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21 %;

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1, 03%;

"Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0, 67%;

"Exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

ABŞ-ın "Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə keçirdiyi "exit-poll"un nəticəsi də bəlli olub.

APA-nın məlumatına görə, təşkilatın rəhbəri Corc Birnbaum deyib ki, nəticələrə əsasən İlham Əliyev 85,57 faiz, Qüdrət Həsənquliyev 2.96 faiz, Zahid Oruc 2.92 faiz, Sərdar Cəlaloğlu 2.48 faiz, Hafiz Hacıyev 1.76 faiz, Araz Əlizadə 1.42 faiz, Fərəc Quliyev 1.52 faiz, Razi Nurullayev 1.37 səs qazanıb.

Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.

ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}