07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Əliyevə ilk həmkar təbriki Ərdoğandan gəlib
Tarix: 11-04-2018 23:12 | Bölmə: Slayd
Əliyevə ilk həmkar təbriki Ərdoğandan gəlib

Aprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

R. T. Ərdoğan İ. Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Əliyev və Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}