11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Prokurorluq və polis nazirlə bağlı araşdırma aparacaq - Müraciət
Tarix: 13-04-2018 09:46 | Bölmə: Slayd
Prokurorluq və polis nazirlə bağlı araşdırma aparacaq

Peşə fəaliyyətini yerinə yetirərkən döyülən jurnalistlə bağlı Azərbaycanın Baş prokuroru Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edilib.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə döyülərək təhqir olunan və peşə fəaliyyətini yerinə yetirmək üçün istifadə etdiyi əşyası əlindən alınan "Unikal.org” informasiya portalının əməkdaşı Famil Fərhadoğlunun (İbrahimov) üzləşdiyi problemin ədalətli araşdırılması üçün "Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev müraciətində hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyib.

Reyting.az-a verilən məlumata görə, A. Rzayev Z.Qaralov və R.Usubova müraciətində qeyd edir ki, aprel ayının 9-da "Unikal.org” informasiya portalının əməkdaşı dünyasını dəyişmiş səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimini işıqlandırmaq istəyərkən “qoçuların” hücumu ilə üzləşib:

“Yasamal qəbiristanlığında mərhumla vida mərasimini lentə alan əməkdaşımız Famil Fərhadoğlu nazir Oqtay Şirəliyevin yaxınlarının hücumuna məruz qalıb. Əməkdaşımız üz və qol nahiyyəsindən xəsarətlər alıb. Həmin vaxt 30-35 yaşlı gənc və orta yaşlı kişi əməkdaşımıza hücum edərək üzünə sillə və yumruq vuraraq, çəkiliş apardığı telefonu əlindən alınaraq sındırıblar.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidməti-zəng mərkəzinə müraciət olunub. Müraciətdən sonra döyülən əməkdaşımız Yasamal rayon 28-ci Polis Bölməsinə çağırılıb və izahatı alınıb. Amma əməkdaşımızın peşə fəaliyyətinə mane olan və ona xəsarət yetirən şəxslərin kimliyi bəlli olsa da, hansısa səbəbdən polisə gətirilməyiblər”.

A. Rzayev daha sonra müraciətində qeyd edir:

“Hörmətli cənab Baş prokuror və cənab nazir!

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev daim media işçilərinin qayğısına qalır, onların səmərəli fəaliyyəti üçün ölkədə münbit şəraitin yaradılmasına səy göstərir. Ölkə başçısı jurnalistləri özünün köməkçisi hesab edir və məmurları KİV nümayəndələrinin fəaliyyətinə mane olmamağa çağırır. Görünən odur ki, ölkənin birinci şəxsinin özünə köməkçi hesab etdiyi jurnalistlərin fəaliyyətinə əngəllər törədənlərə hələ də rast gəlinir.

"Unikal.org” informasiya portalı olaraq məlum hadisəyə tərəfinizdən operativ reaksiya veriləcəyinə və təqsirkarların tezliklə tapılaraq cəzalandırılacağına inanırıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}