17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nüvə nəhənglərinin qarşıdurması təhlükəli həddə çatır
Tarix: 14-04-2018 09:24 | Bölmə: Slayd
Nüvə nəhənglərinin qarşıdurması təhlükəli həddə çatır

Suriyada şimal və qərb “küləyi” yenidən şiddətlənib. Aprelin 8-də Şərqi Qutaya bağlı olan Dumada həyata keçirilən və 70-dən çox insanın ölümünə səbəb olan kimyəvi silah işlədilməsi ABŞ ilə Rusiya arasınada "qılınclar"ın çəkilməsinə səbəb olub. Hər şey o qədər sürətlə inkişaf edir ki, hadisələri xronoloji ardıcıllıqla sıralamaq belə çətinləşib.

Cəmi bir neçə gün öncə Suriyadan çəkilmə qərarı aldığını elan edən Tramp, Dumada yaşananları “Məsumlara yönəlik xain hücum” kimi səciyyələndirib və “qarşıdakı 24-48 saat içərisində heyvan Əsəd”ə qarşı hücumla əlaqədar önəmli qərarların veriləcəyini, nə lazımsa ediləcəyini açıqlayıb. (Artıq ABŞ, Böyük Britaniya və Fransa ordusu bu hücuma başlayıb).

ABŞ-ın BMT-dəki səfiri Nikki Haleyin sözlərinə görə, proseslər elə bir nöqtəyə çatıb ki, dünya ədalətin yerinə gəldiyini görməyə məcburdur: “Tarix bu anı Təhlükəsizlik Şurasının Suriya xalqını qorumaqda tamamilə uğursuz olduğu bir an olaraqmı, yoxsa öz vəzifəsini yerinə yetirdiyi bir an olaraqmı qeyd edəcək? Hər iki durumda da ABŞ bir cavab verəcək”.

Digər bir mənalı açıqlama isə Ağ Evdən gələn və Rusiyanı ittiham edən bu təsbitdi:

“Moskva Suriyanın kimyəvi silah proqramını sona çatdırma sözündə durmadı”.

Rusiyanın da cavabı gecikməyib. Beyrutdakı səfir Aleksandr Zaspıkin deyib ki, ABŞ Suriyaya raket hücumu etdiyi halda, Rusiya bu raketləri vuracaq və onların buraxıldıqları yerləri hədəfə alacaq.

Nüvə nəhənglərinin qarşıdurması təhlükəli həddə çatır

Trampın 11 apreldə “tweet”də verdiyi bəyanat isə gərginliyi daha artırıb: “Hazır ol, Rusiya, bu raketlər gələcək, hamısı yeni və ağıllı raketlərdir. Öz xalqını öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan”.

Amma maraqlıdır, ardınca bunu da deyib:

“Bu gün Rusiya ilə münasibətimiz, “Soyuq müharibə” də daxil olmaqla, hər zamankından daha da pisdir. Bunun üçün heç bir səbəb yoxdur. Rusiyanın iqtisadiyyatına yardım üçün bizə ehtiyacı var, bunu etməsi çox asan olardı və bizim də bütün millətlərin birlikdə çalışmasına ehtiyacımız var. Silahlanma yarışı dursunmu?”

Rusiya XİN-in mətbuat katibi Zaxarova, “Ağıllı raketlərin bir neçə ildir öz torpaqlarında beynəlxalq terrorizmlə mübarizə edən legitim hökumətə doğru deyil, terrorçuların olduğu tərəfə doğru uçması lazımdır”,- deməklə cavab verərək, məlum olanı – Rusiyanın Əsəd rejimini “legitim” hesab etdiyini, rejimin atdığı bombalarla, etdiyi kimyəvi hücumlarla ölən uşaqları belə “terrorçu” sinfinə aid etdiyini və s. təkrarlayıb.

ABŞ-ın başında isə “tweet”də ağlına gələni yazaraq balansları alt-üst edən, Pentaqonla, hətta Ağ Evdəki əməkdaşları ilə ziddiyyət yaradan, Obama dövrü ilə şəxsiləşdirdiyi revanş arzusunda olan bir prezident var. Amma bu, gözlənilməzliyini üstünlük olaraq istifadə etməyəcəyi də naməlum bir prezidentdir.

Suriya İnsan Haqları Müşahidə Evi Əsəd rejiminə bağlı qüvvələrin gözlənilən ABŞ müdaxiləsinə qarşı tədbirlər görmək üçün ölkədəki aerodromları və hərbi bazaları boşaltdığını bildirib.

ABŞ-ın Suriya rejimi ilə əlaqədar olaraq nəsə edəcəyi qətidir. Qəti olmayan isə o şeyin miqyasıdır.

Əlbəttə, ABŞ Rusiyanı “həddindən artıq” incitməməyə çalışacaq. Amma bu illər boyunca Suriya xalqına yönəlik heç bir konstruktiv həll üçün ciddi təşəbbüs göstərmədiyi, üstəlik, indi özünü öz sözlərilə bağladığı üçün Rusiyanın vəkillərinə, ya da vəkillərindən birinə bir cəza kəsəcək.

Buradan böyük bir müharibə, III Dünya müharibəsi çıxarmı? Normal şərtlərdə çıxardı, çıxması gözləniləndir.

Lakin dünya müharibəsi üçün ABŞ və Rusiyanın müharibə etməsi lazımdır, bu iki nüvə gücü də bir-birilə “birbaşa” müharibə edərsə, dünyanın sonu olacağını bildikləri üçün hadisələrin bu cür inkişafını dünya müharibəsinə çevrilmədən həll edəcək arxa qapılara sahibdirlər.

Olan “vəkillər”ə olacaq. Yəni, onların adına döyüşənlərə, onlara görə öz düşərgələrini seçənlərə. Çünki nüvə güclərinin “birbaşa, qarşı-qarşıya” döyüşə girməmələrinin, yəni, dünya müharibəsinin çıxmamasının hesabı onların “vəkilləri”nin davam etdirdiyi müharibədir. O müharibə də, təəssüf ki, heç zaman bitməz. Böyük dünya müharibəsi çıxmaz, amma vəkillərin müharibəsi baş verdiyi coğrafiyanı ruhuna qədər tükəndirər. İllərdir ki, Suriyada olan da budur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}