14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rektor nazir postuna gətirilir?
Tarix: 14-04-2018 15:11 | Bölmə: Slayd
Rektor nazir postuna gətirilir?

Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel Prezident seçkilərində iştirak etməyib.

Belə bir iddia ilə Unikal.org saytının baş redaktoru Asəf Rzayev çıxış edib.

Sayt rəhbərinin sözlərinə görə, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29

saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o, seçici hüququndan yararlanmayıb.

Faktı 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev də təsdiqləyib.

O, 11 apreldə keçirilən prezident seçkilərində O. Şirəliyevin iştirak etmədiyini deyib: “Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər səhiyyə nazirini görmədim. O, Prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.

Qeyd edək ki, digər nazirlərin və rəhbər şəxslərin 11 apreldə seçkiyə qatıldıqlarının televiziyalarda və hətta sosial şəbəkələrdə geniş işıqlandırılması fonunda səhiyyə nazirinin gözə dəyməməsi, həqiqətən də, böyük marağa səbəb olub.

Səhiyyə Nazirliyi isə hələlik O. Şirəliyevin seçkiyə qatılıb-qatılmadığı haqda hər hansı açıqlama verməyib.

“Reytinq”in əldə etdiyi məlumata görə, son aylar O. Şirəliyevin səhhəti qənaətbəxş deyil. İddia olunur ki, səhhətində yaranmış problem səbəbindən nazir seçkiyə qatıla bilməyib.

Bu barədə məlumat verən nazirliyin əməkdaşlarından biri deyib ki, Oqtay Şirəliyev nazirliyə də gəlmir: “Onu sonuncu dəfə nazir müavini Abbas Vəlibəyovun dəfn mərasimində görmüşük. Bundan sonra nə nazirlikdə, nə də digər dövlət tədbirlərində Oqtay müəllimi görən olmayıb. Düzdür, hərdən kpməkçisindən məlumat almaq istəyən olur. Lakin o da faktiki vəziyyəti bilmədiyini deyir. Ancaq Oqtay müəllimi son aylar görənlər deyir ki, nazir əvvəlki kimi gümrah görünmür”.

Onu da xatırladaq ki, mart ayının sonunda Bakının Nizami rayonunda Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq səviyyəli xəstəxananın açılşına da O. Şirəliyev qatılmayıb.

Bəzi ekspertlər bu və ya digər məqamları nəzərə alaraq, tezliklə onun vəzifəsindən azad olunacağını iddia edirlər. Hətta yeni səhiyyə nazirinin Tibb Universitetinin rektoru Gəray Gəraybəyli olacağını da indidədən dilə gətirən ciddi mənbələr var.

Məlumat üçün onu da qeyd edək ki, Gəray Gəraybəyli 2016-cı ildən Azərbaycan Tibb Universitetinin rektorudur. O, bu postda deputat Əhliman Əmiraslovu əvəzləyib.

İddialara görə, rektor G. Gəraybəyli hakimiyyətdəki ən güclü qruplardan birinin himayəsindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}