16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev and içdi: “Milli-mənəvi dəyərlərə sadiq qalacağam...”
Tarix: 18-04-2018 09:32 | Bölmə: Slayd
İlham Əliyev and içdi: “Milli-mənəvi dəyərlərə sadiq qalacağam...”

Bu gün Milli Məclisdə Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: "Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpüb.

İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.

Onu da qeyd edək ki, mövcuz qanunvericiliyə görə, andiçmə bitəndən dərhal sonra Nazirlər Kabineti istefaya gedir və hökumətin yeni tərkibinin formalaşmasına başlanır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}