Mətbuat Şurası Zakir Qaralova müraciət edib » Reyting.az
Mətbuat Şurası Zakir Qaralova müraciət edib
Tarix: 18-04-2018 16:34 | Bölmə: Slayd
Mətbuat Şurası Zakir Qaralova müraciət edib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Unikal.org-un döyülən əməkdaşı Famil Fərhadoğlu (İbrahimov) ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət ünvanlayıb.

Reyting.az
-ın xəbərinə görə, müraciətdə bildirilir:

"Baş vermiş hadisəyə hüquqi qiymətin verilməsi, təqsirkarların tezliklə qanun qarşısında cavab vermələrinin təmin olunması vacibdir. Bu jurnalistlərlə bağlı qeydə alınan xoşagəlməz hadisədir”.

Müraciətdə Baş prokurordan Famil Fərhadoğlu ilə bağlı insidentin də dərindən araşdırılmasını diqqətdə saxlamaq, təqsirkarların layiqli cəza almalarına kömək göstərmək xahiş olunur.

Xatırladaq ki, 9 aprel tarixində Yasamal qəbiristanlığında Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfnində peşə fəaliyətin yerinə yetirərkən Unikal.org-un əməkdaşı Famil Fərhadoğlu nazirin adamlarının hücumuna məruz qalıb, mobil telefonu əlindən alınıb, ona xəsarət yetirilib.




Bölməyə aid digər xəbərlər