Bakı və Abşeronda tozun miqdarı sanitar normanı 30 faiz keçib
Tarix: 19-04-2018 09:30 | Bölmə: Slayd
Bakı və Abşeronda tozun miqdarı sanitar normanı 30 faiz keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakı şəhərində və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçib. Məlumata görə, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparılır.


Nazirlik xəbər verir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 19 aprel 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz yuxarı olub.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarmadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}