16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Bakcell" şirkəti cibgirlik edir
Tarix: 20-04-2018 08:50 | Bölmə: Slayd
"Bakcell" şirkəti cibgirlik edir

"Bakcell" şirkətindən narazılıqlar artır. Mobil operatorun fəaliyyəti sadə insanlarla yanaşı, ölkənin tanınmış şəxslərinin də qınağına tuş gəlib.

Xatırladaq ki, bir müddət əvvəl Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da "Bakcell"i ittiham etmişdi.

F. Mustafa iddia edirdi ki, adıçəkilən mobil operator onun hesabından pul oğrulayıb.

Millət vəkili bildirirdi ki, vaxtilə “Bakcell"in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını yazıb, tənqid etsə də, mobil operator yenə yaramazlıqla məşğuldur.

Reyting.az-ın xəbərinə görə, "Bakcell"dən narazılardan biri də onun abunəçisi, tanınmış jurnalist Taleh Şahsuvarlıdır.

Jurnalist yazır ki, Klass XL tarifindən istifadə edir. Bunun üçün ayda 10 manat ödəyib, 250 dəqiqə vaxt alır: “Təbii ki, həmin vaxt çatmadığı üçün ayda daha bir neçə dəfə 10 manatlıq ödəniş edir, *210#2#Yes yığaraq paketi akitivləşdirirəm".

Onun sözlərinə görə, dünən balansa 10 manat yükləsə də, bu vəsait həmin an yoxa çıxıb:

"Aktivləşdirmə kodunu yığanda məlum oldu ki, balansımda yetərli vəsait yoxdur. "Necə yəni yoxdur",- deyə dəfələrlə yığdım, amma xeyiri olmadı”.

555 vasitəsi ilə “Bakcell” müştəri xidmətlərinə müraciət edən müştəriyə deyiblər ki, sizin balansdan Naviqator şirkəti xidmət haqqı çıxıb.

Jurnalist yazır ki, müştəri xidmətinə gedib bütün "Bakcell" xidmətlərini bağlatdırıb: "Demişəm ki, mənim nömrəmdən istifadə elədiyim danışıq və internet paketindən hər hansı qondarma şirkət 1-cə qəpik də çıxsa, cavabdeh siz olacaqsınız. Mən, ümumiyyətlə, naviqator-filan da istifadə etməmişəm. Bu aralar hətta maşın da sürmürəm. Beləliklə, mənim cibimə kim girir, necə girir və niyə girir? "Bakcell" bu məsələyə dərhal aydınlıq gətirməlidir, yoxsa Bəxtiyar Hacıyevin “Azercell”-ə göndərdiyi hədiyyə xeyli prestijli olacaq!!!".

Reyting.az məsələ ilə bağlı "Bakcell"in də mövqeyinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}