16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabah Milli Məclis baş nazir postuna namizədi təsdiqləyəcək - İclas
Tarix: 20-04-2018 15:26 | Bölmə: Slayd
Sabah Milli Məclis baş nazir postuna namizədi təsdiqləyəcək

Aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib. Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}