Hökumət üzvləri ilə bağlı qeyri-müəyyənliyə son qoyulur
Tarix: 22-04-2018 21:27 | Bölmə: Gündəm
Hökumət  üzvləri ilə bağlı qeyri-müəyyənliyə son qoyulur

Milli Məclis Azərbaycan prezidenti İlham Əliyevin təqdimatı ilə Novruz Məmmədovu Baş nazir postuna təsdiqlədi.

Bundan sonra ölkə başçısı Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Həmin sərəncamla, Baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifələrindən azad olundular.

Eyni zamanda, Baş nazirin müavini Əli Həsənov "Qaçqınkom"un sədri vəzifəsindən çıxarıldı.

Beləliklə, Nazirlər Kabineti ilkin mərhələdə aşağıdakı tərkibdə formalaşdı:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov;

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisi – Mədət Qəzənfər oğlu Quliyev;

1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov.

Maraqlıdır ki, hökumətin yeni tərkibi haqda verilən sərəncamlarda xeyli nazirlik, komitə, dövlət xidməti və onların rəhbərlərinin adları yoxdur. Yəni bu qurumlarla bağlı hansı qərarın veriləcəyi kimi, onların rəhbərlərinin kim olacağı da cəmiyyət üçün qeyri-müəyyən qalıb.

Həmin vəzifəli şəxslər aşağdakılardır:

1. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

2. Gənclər və İdman naziri Azad Rəhimov

3. Səhiyyə naziri Oqtay Şirəliyev

4. Müdafiə sənayesi naziri Yavər Camalov

5. Təhsil naziri əvəzi Ceyhun Bayramov

6. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

7. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

8. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

9. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov

10. Dövlət Gömrük Komitəsinin sədri Aydın Hüseynov

11. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

12 Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

14. Qida Təhlükəsizliyi Agentliyinin baş direktoru Qoşqar Təhməzli

15. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.

Bunlarla yanaşı, aprelin 20-də verilən sərəncamla Mədəniyyət və Turizm Nazirliyinin (rəhbəri Əbülfəs Qarayev idi) bazasında yaradılan Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə də təyinatlar olmayıb.

Düzdür, sonuncuların əsasnaməsinin hələ hazır olmadığını əsas götürüb, təyinatların ləngiməsini izah etmək mümkündür. Lakin təsdiqlənən hökumətin tərkibində 15 nazirlik, komitə və dövlət xidməti rəhbərlərinin adlarının olmaması cəmiyyətdə xeyli suallar doğurub. Çünki həmin qurumların rəhbərləri arasında elələri var ki, uzun illərdir mövcud komandada təmsil olunub, hətta rəhbərlik etdikləri qurumlarda belə onların yenidən təyin ediləcəyinə sonsuz inam olub. Söz yox ki, adıçəkilən bəzi qurum rəhbərlərinin imici və fəaliyyətini nəzərə aldıqda, onların yeni hökumətdə təmsil olunmayacağına dair əvvəldən verilmiş proqnozlar da az olmayıb.

Məlumata görə, yaxın günlərdə adıçəkilənlər haqqında mövcud qeyri-müəyyənliyə aydınlıq gətiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}