Keçmiş deputat Hüseyn Abdullayev Türkiyədə həbs edilərək Azərbaycana gətirilib - Yenilənib
Tarix: 23-04-2018 08:33 | Bölmə: Cəmiyyət
Keçmiş deputat Hüseyn Abdullayev Türkiyədə həbs edilərək Azərbaycana gətirilib

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Reyting.az
-ın xəbərinə görə, "Qafqazinfo” özəl mənbələrə istinadla xəbər verir ki, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. Onun təyyarə ilə Azərbaycana gətirilərək istintaqa təhvil verildiyi bildirilir.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

***

Bu məlumat yayılandan sonra, özəl mənbələrdən musavat.com belə bir dəqiqləşdirilməmiş məlumat alıb ki, H. Abdullayevin saxlanaraq, Bakıya gətirilməsi əməliyyatını Azərbaycan DİN həyata keçirib.

Musavat.com-un digər məlumatına görə, Hüseyn Abdullayev istirahət və biznes məqsədləri ilə tez-tez Türkiyə Respublikasında olurmuş. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, bütün yay tətillərini Ağ dəniz sahillərində keçirdirdi.
==

Son məlumata görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Daxili İşlər Nazirliyi H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.(APA)

Qeyd edək ki, 2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}