16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev iki nazir təyin edib
Tarix: 23-04-2018 18:07 | Bölmə: Gündəm
İlham Əliyev iki nazir təyin edib

Prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.

Reyting.az
-ın xəbərinə görə, "Qafqazinfo” saytı yazır kİ, dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib.

Onu da qeyd edək ki, hələlik təyinatla bağlı rəsmi olaraq Prezidentin sərəncamı elan olunmayıb.

Prezidentin digər sərəncamı ilə Ekologiya və təbii sərvətlər naziri Hüseyunqulu Bağırov vəzifəsindən azad olunub.

Onun yerinə Muxtar Babayev təyin olunub.

Bununla bağlı Prezident sərəncamının yaxın vaxtda elan olunacağı bildirilir.

Qeyd edək ki, Muxtar Babayev Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilib.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}