16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazim İbrahimov dövlət vəsaitini mənimsəyib
Tarix: 24-04-2018 16:54 | Bölmə: Cəmiyyət
Nazim İbrahimov dövlət vəsaitini mənimsəyib

"Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi. Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

Reyting.az
xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

R. Mehdiyev xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub:

"Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.

R. Mehdiyev qeyd edib ki, N. İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropada, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib:

"Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.(Report)

Sabiq komitə sədri N. İbrahimovun R. Mehdiyevin cavabı çox çəkməyib.

Reyting.az-ın xəbərinə görə, N. İbrahimov Unikal.org-a açıqlamasında deyib ki, komitədə hər hansı maliyyə pozuntusu olmayıb: “Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.

N. İbrahimov bu iddialar əsasında fəaliyyətinin təftiş olunacağı barədə deyilənlərə də münasibət bildirib: "Hər hansı maliyyə pozuntusu olmayıb, amma təftiş oluna bilər. Bizim işimiz göz qabağında olub. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}