Sədr müavini Prezident Administrasiyasının “qara siyahısına” düşüb
Tarix: 01-05-2018 21:49 | Bölmə: Slayd
Sədr müavini Prezident Administrasiyasının “qara siyahısına” düşüb

Prezident İlham Əliyevin vəzifədən kənarlaşdırdığı şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

N. İbrahimovun vəzifəsinin öhdəsindən vicdanla, ləyaqətlə gələ bilməməsini adi insanlar və aşağı ranqlı məmurlar deyil, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səsləndirib.

R. Mehdiyev diqqəti daha çox diaspor təkilatlarımızın parçalanmasına, ayrılan maliyyənin ünvanına çatmamasına yönəldərək, bununla həm də N. İbrahimovun gələcək aqibətinə işarə edib. Yəni demək istəyib ki, “bahalı kostyumlar və qalstuklar həvəskarı” olan N. İbrahimov Prezident İlham Əliyevə və onun diaspor siyasətinə xəyanət edib. Azərbaycan təcrübəsindən də bəlli olduğu kimi, hazırki komanda kimliyindən və xidmətlərindən asılı olmayaraq xəyanəti bağışlamır və belə şəxsləri sərt formada cəzalandırır.

R. Mehdiyev qeyd edib ki, N. İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiyada yaşayan azərbaycanlılarla heç bir iş görülməyib:

"Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsi üçün dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Reyting.az-a verilən məlumata görə, Prezident Administrasiyasının rəhbəri R. Mehdiyevin toxunduğu məsələlər bütövlükdə Azərbaycan diasporasının problemləri ilə bağlı olsa da, əslində, Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qeyd olunan sahələr üzrə məsul şəxsi, komitə sədrinin müavini Ramin Məmmədovdur.

Belə ki, Avropa və Asiya ölkələrindəki diaspora qrumları ilə işin təşkili R. Məmmədovun kurasiyasında olub.

Ona görə də ehtimal olunur ki, N. İbrahimovdan sonra R. Məmmədov da vəzifən azad ediləcək.

Məlumata görə, Avropadakı “söyüş trolları”na qarşı hərəkətsizlik, o ölkələrdəki diaspor təçkilatlarımızın “gözdən itməsi” diqqətdən qaça bilməz. “Ona görə də akademikin dediyi kimi, bu ölkələrdəki diaspor fəaliyyətinin gücləndirilməsi mütləqdir. Proses göstərir ki, bunun üçün də komitəyə fəal, işgüzar komanda gətiriləcək və İbrahimovun yarıtmaz kadrlarının çoxu “vurulacaq”. Böyük ehtimalla “vurulan” şəxslərdən biri də komitə sədrinin müavini Ramin Məmmədov olacaq”,- deyə mənbə bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}