16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan mətbuat azadlığının pozulduğu ölkələrin onluğuna daxildir - 190-cu yer
Tarix: 03-05-2018 14:24 | Bölmə: Slayd
Azərbaycan mətbuat azadlığının pozulduğu ölkələrin onluğuna daxildir

Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur. 1993-cü ildə BMT Baş Assambleyası 3 Mayı Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib ki, bu da YUNESKO-nun baş konfransının işinin nəticəsi olub. YUNESKO 1991-ci ildə qəbul etdiyi "Dünyada mətbuat azadlığının təminatına yardım haqqında" qətnaməsində etiraf edib ki, azad, plüralist, müstəqil mətbuat istənilən demokratik cəmiyyətin vacib komponentidir.

Ümumdünya Mətbuat Azadlığı Günü beynəlxalq birliyə hər il xatırladır ki, mətbuat və fikrin ifadə edilməsi azadlığı İnsan Hüquqları Bəyannaməsində təsbit edilmiş əsas hüquqlardır.

2018-ci ilin mövzusu: Hakimiyyəti nəzarətdə saxlamaq: KİV, ədalət mühakiməsi və hüququn aliliyi.

Mətbuat Azadlığı Günü münasibətilə BMT Baş katibi Antoniu Quterriş KİV-in azadlığı uğrunda mübarizəyə çağırıb.

"Mətbuat azadlığı dünya, ədalət və bütün insanların hüquqlarına əməl olunması üçün böyük əhəmiyyətə malikdir. Bu, transparent və demokratik cəmiyyətlərin, hakimiyyətin hesabatlılığının formalaşdırılması üçün mühüm şərtdir. Azad mətbuat olmadan davamlı inkişaf da mümkün deyil.

Jurnalistlər və digər KİV işçiləri yerli və dünya problemlərini işıqlandırırlar. Onların cəmiyyət qarşısındakı xidmətləri əvəzsizdir.

Jurnalistlərin müstəqliyyini, fikrin ifadə edilməsi azadlığını və informasiya əldə etmək hüququnu müdafiə edən qanunlar qəbul etmək və həyata keçirmək lazımdır. Jurnalistlərə qarşı cinayətlər qanunla cəzalandırılmalıdır.

2018-ci ildə Ümumdünya Mətbuat Günündə mən hökumətləri jurnalistlərin müdafiəsi və mətbuat azadlığı uğrunda mübarizəyə çağırıram. Biz mətbuat azadlığını qorumaqla həqiqəti bilmək hüququmuzu qorumuş oluruq".

Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatının 2017-ci ildə dünyada mətbuat azadlığının vəziyyəti ilə bağlı reytinqinə görə, Azərbaycan mətbuat azadlığının pozulduğu ölkələrin onluğuna daxildir - 190-cu yer. Vəziyyət saytların bloklanması, söz azadlığı sahəsində qanunvericiliyin sərtləşdirilməsi, jurnalistlərin həbsi, sosial şəbəkə fəallarının təqib edilməsi ilə xarakterizə olunur.

Azərbaycan həbs edilən jurnalistlərin və blogerlərin sayına görə dünya üzrə "məhbus jurnalistlər" onluğuna daxildir. Belə ki, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən Azərbaycanda ifadə azadlığına görə təqib edilən 12 jurnalist və bloger həbsdə olub.

Ötən il "Sərhədsiz reportyorlar" beynəlxalq jurnalist təşkilatı "Dünyada mətbuat azadlığının indeksi -2017" illik hesabatını açıqlayıb. Azərbaycan 163-cü yeri tutub.(Turan)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}