14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ərdoğan iqtidarı çətin sınaqla üzləşib
Tarix: 05-05-2018 07:07 | Bölmə: Slayd
Ərdoğan iqtidarı çətin sınaqla üzləşib

İyunun 24-də Türkiyədə növbədənkənar Prezident və parlament seçkiləri keçiriləcək. Artıq hakim AKP öz namizədini – indiki dövlət başçısı Ərdoğanın yenidən prezidentliyə namizədliyini irəli sürüb. Türkiyə parlamentində təmsil olunan və deputat sayına görə 3-cü partiya sayılan Dövlət Baxçalının lideri olduğu MHP də ona dəstək verəcək.

Ana müxalifət partiyası olan CHP də dünən öz namizədini açıqlayıb. Bu, Yalovadan deputat seçilmiş, CHP sədrliyinə keçmiş namizəd Məhərrəm İncədir. Ancaq hələ də Ərdoğan–Baxçalı ittifaqına (“Cumhur”) ciddi problemlər yaradacağı xüsusi ilə qabardılan İYİ Partiya və onun qurucusu Meral Akşenər öz namizədini elan etməyib. Bu sırada AKP-nin səslərini ciddi şəkildə təsir göstərə bilmə ehtimalı olan “Səadət” Partiyasını da unutmaq lazım deyil.

Onu da qeyd edək ki, CHP-İYİ-Səadət partiyalarının seçkiyə bir ittifaqdan gedəcəyi barədə xəbərlər də ciddiləşib. Mümkündür ki, ən uzağı həftənin birinci günü bu pariyaların bloku – “Millət” adlı yeni ittifaq elan olunsun. Əgər belə olarsa, o zaman “Cumhur” daha böyük sıxıntı ilə üzləşə bilər. Bu, bəlkə də Ərdoğanın son 16 ildə ən çətin seçkisi olacaq. Həm sistem dəyişikliyi, həm də yeni formalaşmaqda olan müxalifətin birgə addımı, eyni zamanda, ölkədə son aylar yaşanan iqtisadi problemlər, dollar-lirə münasibətləri və s. məqamlar hazırki iqtidarı ciddi problemlə üzləşdirə bilər.


Bu arada kürdlərin təmsilçisi HDP faktorunu da unutmayaq. O partiya da son anda “Millət”ə sarı yönələrsə, o zaman Ərdoğan daha böyük və ağır seçki kampaniyası aparmaq məcburiyyətində qalacaq.

Söz yox ki, bu gün Ərdoğanın ölkədə kifayət qədər nüfuzu var və o, indiki mərhələdə seçkinin real qalibi kimi görünür. Lakin fakt budur ki, türk seçicilər dəfələrlə “sürpriz”lərə imza atıblar, dəfələrlə bir çox iqtidarları gözlənilməz şəkildə yola salıblar. Əlbəttə, həddən artıq praqmatik və eyni zamanda, strateji planlar ustası olan Ərdoğanın belə “sürpriz”ləri nəzərə almamamsı mümkün deyil. Onun məhz bu kimi “gözlənilməzlik”lərə qarşı MHP və digər bir neçə xırda partiyaları öz bayrağı altına çəkməsi əks həmlə kimi dəyərləndirilə bilər.

Bu və ya digər məqamlara, sözsüz ki, müxalifətin yeni bloku elan olunandan və prezidentliyə kimin namizədliyini verəcəklərindən sonra daha aydın qiymət vermək olar.

Türkiyədə keçiriləcək seçki və onun “alt qatı”nda gizlənənləri Selcan Hacaoğlu məşhur “Bloomberg” dərgisində təhlil edib.

Reyting.az həmin materialı oxucularına təqdim edir:

Müasir Türkiyə tarixində ən böyük seçki baş nazir vəzifəsinin ləğvi və siyasi hakimiyyətdə Rəcəb Tayyib Ərdoğanın mütləq prezidentliyinin bərqərar edilməsi ilə nəticələnəcək. İyunun 24-də keçiriləcək erkən seçkilər Ərdoğanın təxminən bir əsrlik parlament üsul-idarəsini devirmək səylərini tamamlayacaq.

İndi sual budur: Hər hansı bir müxalif namizəd Ərdoğana meydan oxuya bilərmi?

Ötən il Ərdoğan Türkiyəni parlamentar demokratiyadan icra başçılıq sisteminə çevirən Konstitusiya dəyişikliyi paketinə ictimaiyyətin razılığını alıb. Bu dəyişikliklərə əsasən, yenilik növbəti prezident seçkilərində qüvvəyə minməli idi. O, 2019-cu ilin noyabr ayına planlaşdırılmışdı, lakin Ərdoğan aprelin 18-də Türkiyədə parlament və prezidentliyə növbədənkənar seçkiləri elan edərək çoxlarını çaşdırıb.

Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (ya da AKP) təxminən 16 il içində heç vaxt növbədənkənar seçki keçirməyib.

Erkən seçkinin səbəbi

Ərdoğan “bölgədəki tarixi əhəmiyyətli inkişaflar və Suriyada həyata keçirilən sərhəd əməliyyatı”nı əsas gətirib, Türkiyənin Suriyada və İraqda separatçı kürd qrupları və İŞİD-ə qarşı hərbi kampaniyaya istinad edib.

Bir çox analitik növbədənkənar seçkini proqnozlaşdırmışdı: iqtisadi böhranın daha da pisləşməsi Ərdoğanın yenidən seçilmə istəyini riskə alırdı, buna görə də seçki tarixini dəyişdirməyi təklif edəcəyi əvvəldən bəlli idi.

Seçkilər fövqəladə vəziyyət dövründə siyasi rəqiblərin kütləvi təmizlənməsi, müxalifətə qarşı ciddi ittihamların irəli sürülməsi, bir çox müstəqil və ya müxalif xəbər mənbələrinin aradan qaldırılması şəraitində keçiriləcək.

Ölkə dünyanın ən böyük jurnalist həbsxanasına çevrilib.

Seçkidən sonra nə baş verəcək?

Türkiyənin parlament sistemi sürətlə prezident sisteminə çevriləcək. Yeni seçkilərin keçirilməsi və eyni zamanda, yüksək vəzifəli şəxslər təyin edilməsi, büdcənin hazırlanması, parlamenti buraxmaq icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Nazirlər və bəzi üst hakimlərin təyinatı da. Hərbi vəziyyət, fövqəladə vəziyyət elanı, əsas hüquq və azadlıqları məhdudlaşdırmaq da prezidentin prereqativləri sırasındadır.

Ərdoğan yenə qalib olacaqmı?

Bir sıra sorğulara görə, o, ilk turda 50 faizdən çox səs ala bilər. Ərdoğan Türkiyənin ən populyar siyasətçisi olaraq qalır və ikinci tura qaldıqda belə, şansları yüksəkdir.

Əvvəllər baş nazir və indi prezident kimi Ərdoğanın rəhbərliyi iqtisadi irəliləyişlərə nail olub.
Bu seçki üçün hökumət qanunları dəyişdirdikdən sonra millətçi müxalifət partiyası MHP də ittifaq qurmaqla, onu dəstəkləyib.

Sürətli seçkilər müxalifətə namizədləri təyin etmək və strategiya hazırlamaq üçün qısa vaxt verir. Səsvermənin ədalətliliyi və etibarlılığı ilə bağlı qorxu seçki qanunvericiliyinə dəyişikliklər nəticəsində daha da güclənib.

Seçkidən əvvəl Ərdoğanın partiyasına səs verməsindən ötrü minlərlə türkə xüsusi çeklər verilib.

Seçki qaydaları necə dəyişib?

Ərdoğan partiyaların bir araya gəlməsinə icazə verən qaydalar qəbul etdirib. Bu, MHP-yə – millətçi müttəfiqlərə məclisdə oturmaq üçün lazım olan (10 faizlik seçki barajının altına düşməsin deyə) xeyir-duadır.

Dəyişikliklər, həmçinin seçki məntəqələrində partiya müşahidəçilərinin ləğv edilməsi, hakimiyyət orqanlarının vəzifəli şəxslərinin məntəqələrə sədr təyin edilməsi və ya təhlükəsizliyə uyğun olaraq hüquq-mühafizə orqanı əməkdaşlarının məntəqələrə yerləşdirilməsi və vəzifəli şəxslərin səsvermə prosesinə nəzarət etməsinə imkan verəcək – 2017-ci il referendumunun nəticəsi.

Hökumət bu dəyişikliklərin Türkiyənin cənub-şərqində səsverməni kürd separatçılarının təsirindən qurtulması üçün lazımlı olduğunu söyləyib.

Parlamentin aqibəti necə olacaq?

Yeni icra hakimiyyətinin məhdud nəzarətinə baxmayaraq, o, işini davam etdirəcək. 550 yox, 600-dən çox üzvü olacaq və prezident, müavinləri və ya nazirlərlə bağlı istintaq aparmaq üçün ən azı 360 səs tələb olunacaq (Bir araşdırma halında, prezidentin seçkilərə qatılmasına icazə verilməyəcək).

400 səslə Məclisin başçısı iddianı ölkənin ali məhkəmə orqanına göndərə bilər.

Üstəlik, parlament prezidentin elan etdiyi fövqəladə vəziyyəti qısaltmaq, genişləndirmək hüququnu saxlayır.

Prezidentlik müddəti nə qədərdir?

İki ardıcıl beş il müddətində, ancaq ikinci dövrdə parlamentə növbədənkənar seçki keçirilsə, bu boşluqda üçüncü müddətə icazə verilir. Bunun baş verəcəyi təqdirdə, Ərdoğan 2003-cü ildə baş nazir vəzifəsindən tutmuş indiki prezident qismində 2029-cu ilə qədər Türkiyənin hakimi ola bilər.

Seçkilərin maliyyə bazarına təsiri

İnvestorlar “18 aylıq itkiyə” qədər olan siyasi qeyri-müəyyənlik dövrünü qısa müddətdə adladılar. Ərdoğanın erkən seçkilər elanından sonra beynəlxalq valyuta və Türkiyə bazarları hələ ki sabitdir. Ancaq Türkiyənin daha yüksək qlobal faiz dərəcələrinə zəifliyi və iqtisadi siyasətin keyfiyyəti ilə bağlı narahatlıqları nəzərə alaraq, bu, qısamüddətli sabitlikdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}