16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanın “məxməri inqilab” lideri ikiüzlülük edir
Tarix: 05-05-2018 08:34 | Bölmə: Slayd
Ermənistanın “məxməri inqilab” lideri ikiüzlülük edir

Nikol Paşinyan Ermənistanın baş nazir olmaq üçün açıq mübarizəyə başlasa da, ilk cəhdində cəmi 6 səslə boğuldu və bundan sonra proseslər məcrasından çıxmağa başladı. Belə ki, onun tərəfdarları bu dəfə nəinki mərkəzi yolları, idarə binalarını, hətta hava limanı və metro stansiyalarını da zəbt etməklə, qarşıdurmaya getdilər. Bu isə, istefa verməsinə baxmayaraq, hələ də hakimiyyət iplərini əlində saxlayan və qana susamış Sarkisyan iqtidarına növbəti qanlı hadisələr üçün əlverişli imkan yaradıb.


Rusiyanın “Vzqlyad” qəzetinin internet portalında Ermənistandakı proseslərlə bağlı maraqlı təhlil aparılıb.

Reyting.az həmin materialı təqdim edir:

Nikol Paşinyan Ermənistan parlamentində hakimiyyət uğrunda mübarizənin birinci raundunu uduzub. Etirazçı kütlənin rəhbəri çoxluğu öz tərəfinə çəkmək üçün səsvermə ərəfəsində yenə də imicini dəyişb. Üzünü qırxmayıb, amma kostyum geyinib. Və parlament tribunasından Moskva ilə ittifaqı saxlamağa çağırıb. Amma çox deyil, bir il qabaq elə həmin Paşinyan bu ittifaqı pozmağa səsləyirdi.

Xatırladaq ki, Ermənistanda Milli Məclis çərşənbə günü hökumət başçısı seçkilərinə həsr edilən özəl toplantı keçirib. Toplantı bütün günü uzanıb, amma yekunda parlament Nikol Paşinyanı respublikanın lideri seçməyib. O, bu posta yeganə namizəd olmaqla gərəkən sayda səs yığmayıb. Ona zəruri 53 səs müqabilində 47 deputat səs verib.

Görünür, Sarkisyan iqtidarı küçə texologiyası ilə iqtidarı ələ keçirməyi hədəfləyən Paşinyanı çox “incə qayda”da sıradan çıxarmağı hədəfləyib. Necə ki, iqtidardakı Respublika Partiyası, Sarksiyan tərəfdarlarının başçısı Vaqram Baqdasaryan hələ səsvermədən əvvəl seçkiyə mane olmayacaqlarını bəyan etdi və həqiqətən də dediyi kimi oldu. Onlar Paşniyanı seçkiyə çıxarıb, sanki daxilini ictimaiyyətə açmaq üçün zəmin hazırladılar. Əlbəttə, “incə qayda – diplomatiya” ilə Paşinyanı sıradan çıxarmaq, daha dəqiqi, onun artan nüfuzuna mane olmaq və aşağıya çəkmək mümkündür. Necə ki, artıq bu istiqamətdə mühüm addım atıldı.

Amma Paşinyan da hazırlıq idi. O, səsvermə günü xalqı yürüşə çıxardı. İştirakçılar özlərilə milli boyalı şarlar, həmçinin ölkənin bayrağını gətirdilər. Onlar arabir ahənglə “Nikol, Nikol”, “Nikol – baş nazirdir” - qışqırıblar.

Parlamentin toplantısı meydanda qurulan ekranlarda yayımlanıb. Hakim partiya vəd etdiyi kimi, intizamla zala toplanıb və sakit, işgüzar əhvali-ruhiyyə sərgiləyib.

Toplantının əvvəlində Paşinyanın tərcümeyi-halı səsləndirilib, sonra təkcə onun partiyası “Yelk” tərəfindən baş nazirliyə irəli sürülüb. Başqa namizədlər olmayıb, o cümlədən respublikaçılardan. Parlament spikeri Ara Babloyan bununla bağlı acı gülüşlə azlığın namizədini müzakirə etməyə çağırıb.

İlk sözü bu cür hadisəyə görə hər halda, qalstuklu, işgüzar kostyum geyinmiş Paşinyanın özü alıb. Paşinyan hər iki əlilə tribunanın sürahisindən yapışaraq inamlı görkəm alıb və özünün proqram nitqini aydın şəkildə oxumağa başlayıb.

O, seçiləcəyi halda özünün əsas missiyası kimi düzgün seçkilərin təşkilinə, habelə “Super baş nazir” deyilən institutun ləğvinə və əvəzində “normal parlament sistemi” yaratmağa söz verib.

Bundan başqa, Paşinyan polis və milli təhlükəsizlik xidmətinin ayrılmasını (hazırda bu iki xidmət bir idarə çərçivəsində işləyir) və ölkənin hərbi xərclərinin artırılmasını irəli sürüb. O, cəmiyyətdəki ədalətsizlik, kreditləşmə həcmi və vətəndaşların kasıblığı, habelə ermənilərin vətənə dönşü və yatırım cəlbi uğrunda mübarizə aparmağı vəd edib.

Namizəd sonra diqqətini xarici siyasətə yönəldib, xüsusən də Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınması prosesinə yeni impuls vermək vədini dilə gətirib. O, habelə AB ilə münasibətləri dərinləşdirmək istəyini və onunla viza rejimini ləğv etməyə nail olacağını bildirib.

Paşinyan qeyd edib ki, həm daxili, həm də xarici siyasətdə kəskin hərəkətlərdən yan keçmək istəyir.

Birincisi, hakimiyət uğrunda zorakı mübarizə ssenarisini istisna edib.

İkincisi, Rusiyanı Ermənistanın strateji müttəfiqi və Rusiya maraqlarına heç bir təhlükə yaratmaq niyyətində olmadığını bəyan edib.

Bundan savayı, vurğulayıb ki, İrəvan onun rəhbərliyi altında KTMT-də və hətta bir zamanlar tənqid etdiyini indi çoxlarının yada saldığı Avrasiya İqtisadi Birliyində (AİB) qalacaq.

Şüarların gurultusuna baxmayaraq Paşinyanın nitqi parlamentarilər arasında parlaq reaksiya doğurmayıb. Bütünlükdə bunun ardınca başlanan müzakirə toplantıdan əvvəlki hər şeylə təzada girən sakit mühitdə keçib.

Parlamentarilər namizədə birbaşa suallar verərkən bir qədər emosiya əlavə olunub. O, bunların bəzilərini cavablandıranda qızğın əl-qol hərəkətinə əl atıb və səsini bir az yüksəldib.

Məsələn, deputatlardan biri Paşinyandan Mixail Saakaşvili və Aleksey Navanlıyla əlaqəsi olub-olmadığını soruşub. Namizəd cavabında bildirib ki, ümumiyyətlə, bu adamlarla tanışlığı yoxdur.

Namizəd suallardan birini cavablandıranda birdən qeyd edib ki, uşaqlar da bu ölkənin vətəndaşlarıdır və onların qərar qəbul etmək hüququnu bəyan edib, bu da parlament spikerinin demarşına səbəb olub.

Babloyan “Mən sizdən öyrəndiyimdən istifadə edirəm və uşaqların hüquqları haqda sizin bəyanatınıza etiraz kimi iclas zalını on dəqiqəliyə tərk edirəm. Sonra uşaq hüquqlarıyla məşğul olan müxtəlif beynəlxalq təşkilatlar sizin səhvinizi izah edəcək ki, baş nazir seçilsəniz, bu sözləri təkrar etməyəsiniz”,- deyib və zaldan çıxıb.

Qeyd etməyinə dəyər ki, suallara keçəndən sonra sıralar gözə dəyəcək dərəcədə seyrəlib, bəzi deputatlar Paşinyanın çıxışından dərhal sonra zalı tərk ediblər. Fasilədən sonra başqa parlamentarilər söz alıblar. Bax, burada yenə də daha bir emosiya dərəcəsinin yüngülcə bir yüksəlişi baş verib.

Vitse-spiker, respublikaçı Eduard Şarmazanov bildirib ki, Paşinyan deputatları baş nazirliyi bacaracağına inandıra bilməyib. О, qeyd edib ki, namizədin Qarabağ üzrə danışıqlar prosesi haqda heç bir konsepsiyası, habelə müdafiə büdcəsini necə artırmağa hazırlaşdığı barədə izahatı yoxdur. Şarmazanov vurğulayıb ki, Ermənistan xalqını inandırmaq üçün konsepsiyalar lazımdır.

Yekunda Paşinyan ilk dəfə səsləri yığmağa deyil, itirməyə başlayıb.

“Daşnaktsutyun” fraksiyasının deputatı Aqvan Vardanyan bildirib: “Mən ölkəmiz üçün böyük risklər görürəm. Mənim partiyam Paşinyana səs verməyi qət edib. Mən bunu edə bilmərəm, mən səs verməyəcəyəm. Mən elə indi deputat mandatımdan imtina etməyə hazıram”.

Beləliklə, aydın olub ki, Paşinyana artıq səs verənlərin biri də olmayacaq, yəni o, çərşənbə günü Ermənistana başçılıq etməyə dəqiq nail olmayacaq.

Konstitusiyaya əsasən, ikinci dəfə də seçmək baş tutmasa, parlamentin avtomatik şəkildə buraxılması gələcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}