16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Baş redaktorun ölümünün ilkin səbəbi bəlli olub - İlkin nəticə
Tarix: 08-05-2018 13:33 | Bölmə: Slayd
Baş redaktorun ölümünün ilkin səbəbi bəlli olub

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyində kardioskleroz, ateroskleroz və beyində insult əlamətləri aşkar edilib.

Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir.

Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.

Qeyd edək ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.

R. Talışınski evdə tək olub.

Onu da qeyd edək ki, R. Talışinski ilə vida mərasimi sabah saat 14.00-da Təzəpir məscidində keçiriləcək.

Bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov məlumat verib.

Şura sədri qeyd edib ki, vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}