16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Paşinyanın baş nazir seçilməsi Karapetyanın istefası ilə nəticələnib
Tarix: 08-05-2018 14:18 | Bölmə: Slayd
Paşinyanın baş nazir seçilməsi Karapetyanın istefası ilə nəticələnib

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçilib.

“Aysor.am” saytı xəbər verir ki, bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib.

Səsvermə zamanı 59 deputat "Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.

Qeyd edək ki, mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib.(APA)

Xatırladaq ki, deputat N. Paşinyan aprelin 13-dən İrəvanda başlayan kütləvi etiraz aksiyalarına rəhbərlik edib. Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış ediblər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefa verib.

Onu da qeyd edək ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan istefa verdiyini bildirib.

Karapetyan bunu özünün "Facebook” səhifəsində yazıb.

K.Karapetyan ölkənin yeni baş naziri Nikol Paşinyanı təbrik edib: "Hamınıza tənqidinizə, ruhlandırıcı sözlərinizə və dəstəyinizə görə təşəkkür edirəm. Bu, çox maraqlı və məsuliyyətli dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və sonrakı baş nazirlərə uğurlar arzulayıram”.(Report)

Qeyd edək ki, bu gün Ermənistan müdafiə nazirinin 1-ci müavini də istefa verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}