Nazirliyin Aparat rəhbəri və üç şöbə müdiri işdən çıxarılıb
Tarix: 08-05-2018 19:32 | Bölmə: Slayd
Nazirliyin Aparat rəhbəri və üç şöbə müdiri işdən çıxarılıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün bir neçə vəzifəli şəxsin işdən çıxmaları ilə bağlı ərizələrini alıb.

Reyting.az
saytının məlumatına görə, bu barədə Mia.az-a nazirlikdən bildiriblər.

Məlumatd bildirilir ki, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar. "Bu gün saat 16.00 radələrində nazir həmin şəxslərin ərizələrini aldı",- deyə nazirlik əməkdaşı bildirib.

Vəzifədən çıxarılan Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova həvalə olunub.

Kadr dəyişiklikləri barədə əlavə məlumat verilməsə də, yeni nazirin dəyişikliyi davam etdirəcəyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}