07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ABŞ-ın İranla nüvə anlaşmasından imtina etməsi yeni qarşıdurmalar yaradacaq
Tarix: 09-05-2018 08:23 | Bölmə: Slayd
ABŞ-ın İranla nüvə anlaşmasından imtina etməsi yeni qarşıdurmalar yaradacaq

ABŞ prezidenti Donald Tramp İrana qarşı koalisiya yaradır.

Reyting.az
saytı "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.

Ağ evin bəyanatında bildirilir ki, Tramp İranın nüvə silahına gedən bütün yollarını bağlayacaq və İran rejiminin zərərli fəaliyyətinə qarşı var gücü ilə müqavimət göstərəcək ölkələrdən ibarət geniş koalisiyasının yaradılması üzərində işləyəcək.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə Donald Trampın İranla əldə edilmiş nüvə anlaşmasından çıxması barədə qərarına münasibət bildirərkən deyib ki, ABŞ-ın İranla nüvə anlaşmasından imtina etməsi etibarsızlıq və yeni qarşıdurmalar yaradacaq.

“İranla bağlanmış çoxtərəfli anlaşma digər ölkələrlə davam etdiriləcək. Türkiyə hər cür nüvə silahı istehsalına qarşı mövqeyini bundan sonra da müdafiə edəcək”, – deyə İ.Kalın bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}