17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Heydər Əliyevin anadan olmasından 95 il ötür
Tarix: 10-05-2018 09:37 | Bölmə: Slayd
Heydər Əliyevin anadan olmasından 95 il ötür

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 95 il ötür.

Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkəsində tədbirlər keçirilir.

Heydər Əliyevin anadan olmasının 95 ili münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.

Dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Mərasimdə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları da iştirak ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}