Vəzifədən çıxarılmaq növbəsi icra başçılarına çatıb - Siyahı
Tarix: 14-05-2018 11:02 | Bölmə: Slayd
Vəzifədən çıxarılmaq növbəsi icra başçılarına çatıb

Etimadı itirən və keçmiş nazirlərə bağlı olan rayon rəhbərləri postları ilə vidalaşacaq

Prezident İlham Əliyev hökumətin tərkibini yenidən formalaşdırmaqla ölkənin baş nazirindən tutmuş, bir çox nazirlik, komitə və dövlət agentliklərində mühüm dəyişiklilər həyata keçirib, idaretməyə yeni simalar gətirilib.

Amma mərkəzi hakimiyyət orqanlarında aparılan kadr və struktur islahatları hələ də rayonlara sirayət etməyib.

“Reytinq” qəzetinin əldə etdiyi məlumata görə, dəyişiklik növbəsi yaxın zamanlarda bəzi rayonların icra başçılarına çatacaq. Bu zaman barəsində daha çox şikayət olunan, həmçinin Prezidentin xəbərdarlıqlarına baxmayaraq, illərdir rəhbərlik etdiyi rayona kənar sərmayə cəlb edə bilməyən, əksinə, problemləri daha da dərinləşdirən icra başçıları işdən kənarlaşdırılacaqlar.

Vəzifəsindən azad olunacaq icra başçılarının siyahısında keçmiş nazirlər – Fazil Məmmədov, Ziya Məmmədov, Eldar Mahmudov, Heydər Əsədov və Səlim Müslümova yaxın olanların da adları var.

Məlumatda bildirilir ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov və Qazaxın icra başçısı Rəcəb Babaşov sabiq nazir Fazil Məmmədovun kadrları kimi vəzifələrindən kənarlaşdırıla bilərlər.

Zərdab, Ucar, Yardımlı və Goranboyun icra başçılarının isə Ziya Məmmədovun badına gedəcəkləri ehtimal olunur.

Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevlə digər qohumu, İsmayıllının 69 yaşlı icra başçısı Mirdamət Sadıqovun da əvvəlki kimi mövqeləri möhkəm deyil.

Adı çəkilənlərlə yanaşı, Eldar Mahmudovun karyerasına son qoyulduqdan sonra da vəzifələrini qoruyan bəzi icra başçıları var ki, onların da adları Prezident Administrasiyasının “qara siyahı”sına düşüb.

Məlumata görə, bunlarla yanaşı, YAP-da təmsil olunan bir çox icra başçıları haqqında da tədbir görüləcək. Məsələn, Beyləqanın icra başçısı Vaqif Abdullayevlə Nərimanovun icra başçısı Abdin Fərzəliyev YAP-da mühüm post tutur, Siyasi Şura üzvləridir, hakim partiyada bəzi funksionerlərlə ciddi əlaqələrə sahibdirlər. Lakin hər iki icra başçısının vəzifədə iqtidara sıxıntı yaratmaları göz önündədir.

Məlumatda qeyd olunur ki, Beyləqanın başçısı Vaqif Abdullayevin rayonda insanlarla həddindən artıq kobud davranması, insanları təhqir edib, döyməsi artıq mətbuatın “bəzəyi”nə çevirilib:

“Bu azmış kimi, 62 yaşlı Vaqif Abdullayevin 1996-cı ildə - 40 yaşında ali məktəbi bitirib, cəmi 2 il sonra, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etməsi ilə yanaşı, ali məktəbi bitirdikdən 11 il sonra isə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adını necə alması artıq sosial şəbəkə üzvlərinin də geniş və istehzalı müzakirələrinə səbəb olub. Əlbəttə, pensiya yaşında olan YAP Siyası Şurasının üzvü Vaqif Abdullayevin təhsili kimi, əsasən də rayondakı özbaşınalıqları qəbuledilməzdir”.

Nərimanov rayonun icra başçısı Abdin Fərzəliyevə gəldikdə, onun qayını Eldar Mahmudovun dövründə keçmiş MTN-də mühüm postlara sahiblənib. Son iş yeri MTN-nin Xəzər rayon şöbəsinin rəisi vəzifəsi olub. Hazırda həbsdə olan və yaxud barəsində istintaq aparılan generallarla qaynının Mərdakəndakı “bağ əməliyyatı”, həmçinin siqaret qaçaqmalçıları ilə çəkişmələri də mətbuatda yazılıb.

Bundan başqa, Abdin Fərzəliyevin MTN generallarının mübahisəli bağlarına 50 min xərc çəkərək, Əmlak Məsələləri Dövlət Komitəsindən necə sənəd aldırması haqqında da istintaq ifadələri mətbuatda yayılıb. Həm bu, həm bu günlərdə Türkiyədə həbs edilərək, Azərbaycana gətirilən “Quska” ləqəbli Hüseyn Abdullayevlə keçmişə dayanan münasibətləri, həm də yaxın ətrafına rayon ərazisində payladığı ərazilər Abdin Fərzəliyev üçün “ağır daş”a çevrilib:

“Yəni sözüm odur ki, bəzi icra başçıları onlara verilən şansı şəxsi mənafelərinə sərf ediblər. Bu isə onlara olan etimadı aşağı salıb”.

Məlumata görə, Hacıqabulun 68 yaşlı icra başçısı Əhməd Muxtarov, Göygölün 61 yaşlı icra başçısı Arif Seyidov, Dəvəçinin 65 yaşlı icra başçısı Novruz Novruzov, Xaçmazın 80 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev, İmişlinin 62 yaşlı icra başçısı Vilyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, Qobustanın 68 yaşlı icra başçısı Adil Məmmədov, Sabirabadın 67 yaşlı icra başçısı Nazim İsmayılov, Şamaxıya rəhbərlik edən 58 yaşlı Asif Ağayev, Tərtərin icra başçısı Müstəqim Məmmədov, Tovuzun 75 yaşlı icra başçısı Tofiq Zeynalov və başqa bir neçə icra başçısı da onlara göstərilən etimadı itiriblər.


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}