17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Büdcə oğrularına qarşı mübarizə sərtləşir
Tarix: 14-05-2018 20:53 | Bölmə: Slayd
Büdcə oğrularına qarşı mübarizə sərtləşir

Hesablama Palatasının aşkarladığı mənimsəmə faktlarına görə xeyli sayda vəzifəli şəxsə cinayət işi açılacaq


2016-cı ilin dövlət büdcəsinin göstəriciləri ilə müqayisədə 10 bölmə üzrə artım, 4 bölmə üzrə azalma nəzərdə tutulur. Bu barədə Hesablama Palatasının 2017-ci il hesabatında qeyd olunub.

Qeyd edək ki, mütləq ifadədə ən böyük artımlar “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 2232,3 mln. manat, “Ümumi dövlət xidmətləri” bölməsində 703,9 mln. manat, “Təhsil” bölməsində 210,3 mln. manat, faiz ifadəsində isə “Yanacaq və enerji” bölməsində 2,3 dəfə, “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 82,3 faiz, “Nəqliyyat və rabitə” bölməsində 63,8 fazi gözlənilir. Ən çox azalmalar isə “İqtisadi fəaliyyət” bölməsi üzrə 547,5 mln. manat və ya 69,0 faiz, “Sosial müdafiə və sosial təminat” bölməsində 154,8 mln. manat və ya 6,6 faiz, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi üzrə 59,1 mln. manat və ya 3,8 faiz və “Səhiyyə” bölməsində 6,1 mln. manat və ya 0,8 faiz nəzərdə tutulur.

Bundan əlavə, Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib. Ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib. Hesablama Palatası bəyan edib ki, bu istiqamətdə qanunvericiliyin tələblərinin gücləndirilməsi ümumilikdə vəsaitin təyinatının dəyişdirilməsi hallarının azalmasına səbəb olub. Bundan başqa, nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

Maraqlı məqamlardan biri odur ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edən orqan kimi Hesablama Palatası yoxlamalar apararaq yeyintilər aşkar etsə də, bunun sonrakı mərhələdə cəzalandırılma mexanizmi yoxdur. Əslində qanunda sonrakı mərhələdə də ciddi cəzalar nəzərdə tutulur. Amma hələlik bu cür təcrübəyə rast gəlinmir.

Büdcə oğrularına qarşı mübarizə sərtləşir

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən Real Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Hesablama Palatası hər il büdcə xərcləmələri, nazirlik və digər dövlət qurumları ilə bağlı yoxlamalar aparır və bir sıra faktlar üzə çıxarır. Onun sözlərinə görə, Hesablama Palatası yoxlama aparıb yeyintilər aşkarlasa da, sonra bu faktlar üzrə hüquqi zəmində mübarizə aparılmır: “Əslində Hesablama Palatasının açıqladığı rəqəmlər hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi üçün əsas olmalıdır. Bu faktların bəyan edilməsi kifayət edir ki, hüquq-mühafizə orqanları müvafiq dövlət qurumlarına yönəlik cinayət işi açsın. Çünki Hesablama Palatasının apardığı yoxlama və aşkarladığı mənimsəmələr konkret cinayət tərkibli əməlləridr. Bu hesabatın elan olunması aidiyyat hüquq-mühafizə orqanları qarşısında öhdəliklər yaradır. Normal ölkələrdə bu cür faktlar ortaya çıxanda prokurorluq orqanları cinayət işi açır və müvafiq dövlət qurumlarının vəzifəli şəxsləri məsuliyyətə cəlb olunurlar. Çox təəssüf ki, Azərbaycanda cəzasıqlıq mühiti var. Hesablama Palatası milyonlarla manat yeyintinin olduğunu açıqlayır. Amma bununla bağlı hansısa vəzifəli şəxs məsuliyyətə cəlb olunmur. Bu cəzasızlıq mühitinin olması dövlət orqanlarında büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsinə, yeyintilərə yol verilməsinə şərait yaradır. Ona görə də büdcə vəsaitlərinin müxtəlif yollarla mənimsənilməsi halları ildən-ilə artır”.

Qeyd edək ki, Azərbaycanda yol verdiyi nöqsanlara görə iki dövlət qurumu ilə bağlı müvafiq materiallar Baş Prokurorluğa göndərilib. Hesablama Palatasının 2017-ci il üzrə hesabatında qeyd olunur ki, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində aparılmış auditin nəticəsi olaraq Elmi Mərkəz tərəfindən 16 iyun 2017-ci il tarixdə 27000 manat məbləğində təsərrüfat mallarının, 29 iyun 2017-ci il tarixdə isə 29011,5 manat məbləğində inventarların alınması məqsədilə keçirilmiş kotirovka sorğularının nəticələri üzrə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə görə, həmçinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən iqtisadi təsnifatın yanacaq və sürtgü materiallarının alınması paraqrafından 2017-ci ilin iyul ayında avtonəqliyyat vasitələrinə 7000 manat məbləğində mühərrik yağlarının alınmasına büdcə vəsaitinin xərclənməsinə görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Ekspert bildirb ki, Hesablama Palatasının prokurorluğa göndərdiyi materiallar ciddi, nüfuzlu təşkilatlar deyil. Onun fikrincə, bu tipli qurumlarda böyük vəsitlərin mənimsənilməsindən söhbət gedə bilməz. Yəni, milyonlarla vəsaitin talandığı qurumlarla bağlı cəzalandırma mexanizmi işə salınmır.

Onu da qeyd edək ki, Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib. Sənəddə bildirilib ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları üzə çıxıb. Hesablama Palatası bəyan edib ki, bu istiqamətdə qanunvericiliyin tələblərinin gücləndirilməsi ümumilikdə vəsaitin təyinatının dəyişdirilməsi hallarının azalmasına səbəb olub. Bundan başqa, nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

N. Cəfərli onu da vurğulayıb ki, cəzasıqlıq mühiti bu gunə kimi daha şəffaf çalışan qurumların rəhbərlərinə pis örnək olur. Onun fikrincə, milyonlarla manat büdcə vəsaitini talan edən məmura qarşı ciddi cəza verilməyəndə digər məmurlar da bu cür yeyintilərə yol verməyə yönəlir: “Hesab edirəm ki, artıq bu cür məsələlərə daha diqqətlə yanaşmaq lazımdır. Artıq büdcə vəsitlərimiz o qədər də çox deyil. Onların səmərəli xərclənməsi vacib məsələdir. Büdcəyə ziyan vuran vəzifəli şəxslərlə bağlı ciddi tərbirlər görülməlidir. Hansısa vətəndaş, yaxud xırda sahibkar vergidən yayınanda həmən cinayət işi açılır, amma milyonlarla vəsaiti mənimsəyən məmura qarşı sərt tədbilər görülmür. Amma Hesablama Palatasının aşkarladığı yeyintilərə görə təkcə işdən çıxarmaqla kifayətlənmək olmaz. Yəni işdən çıxarmaq yüngül cəzadır. Odur ki, Hesablama Palatasının aşkarladığı 26 qurum üzrə 92 halda 83,3 mln. manat yeyinti ilə bağlı sərt tədbirlər görülməlirdir”.

“Reytinq”in əldə etdiyi məlumata görə, Hesablama Palatasının 2017-ci il ərzində apardığı yoxlamalar nəticəsində ortaya çıxan faktlarla bağlı ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, artıq hakimiyyətin yuxarı dairələri də büdcə talançılığına son qoyulmasını tələb edib. “Bildiyiniz kimi, üç ildir ki, iqtisadi böhran vəziyyəti yaranıb. Büdcənin daralması ölkədə bir sıra layihənin icrasını çətinləşdirib. Belə bir məqamda büdcə pullarının göyə sovrulması daha ciddi problemlərə yol açır. Diqqət edirsinizsə, Hesablama Palatası əvvəlki illərdən daha fəal çalışmağa başlayıb. Əgər yoxlamaların nəticələrini müqayisə etsəniz, görərsiz ki, son iki ildə daha çox yeyinti aşkarlanıb. Artıq qərar verilib ki, yeyinti faktları ilə bağlı prokurorluq orqanları ciddi araşdırmaya başlasın. Yəqin ki, yaxın aylarda faktlar üzrə cinayət işinin açılması qaçılmaz olacaq. Bu prosesdə yüksək çinli məmurların da məsuliyyətə cəlb olunacağı istisna olunmur”, - deyə mənbəmiz fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}