Şəhidin medalı atasına təqdim edilib » Reyting.az
Şəhidin medalı atasına təqdim edilib - Foto
Tarix: 23-05-2018 12:46 | Bölmə: Cəmiyyət
Şəhidin medalı atasına təqdim edilib

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasına aid ərazisində düşmən tərəfin təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarov "Şücaətə görə” medalı ilə təltif olunub.

Medalı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin atası Əli Tatarova təqdim edib.

Xatırladaq ki, şəhid hərbçimiz anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.(ordu.az)

Şəhidin medalı atasına təqdim edilib




Bölməyə aid digər xəbərlər