Dövlət qurumunda struktur dəyişikliyi olub » Reyting.az
Dövlət qurumunda struktur dəyişikliyi olub
Tarix: 24-05-2018 11:38 | Bölmə: İqtisadiyyat
Dövlət qurumunda struktur dəyişikliyi olub

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib.


Dəyişikliyə əsasən "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Bununla da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 3-ə çatıb. İndiyə qədər bu siyahıya "İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət və "ABAD” publik hüquqi şəxs daxil olub.

Qeyd edək ki, "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan prezidenti İlham Əliyevin "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Fərmanda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

Reyting.az




Bölməyə aid digər xəbərlər