23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Əfv sərəncamının icrasına başlanılıb
Tarix: 25-05-2018 10:32 | Bölmə: Slayd
Əfv sərəncamının icrasına başlanılıb

Azərbaycan prezidenti İlham Əliyevin mayın 24-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlanılıb.


Xatırladaq ki, ümumilikdə 634 nəfərə şamil edilən məhbuslardan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Eləcə də, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Azadlığa çıxanların içərisində Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər - Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmməd Quliyev buraxılıb.

Hicab məsələsinə görə həbs edilənlər David Kərimov, Elşad Rzayev, AXCP-nin Neftçala rayon təşkilatının rəhbəri Elnur Fərəcov, şair Saday Şəkərli və “Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayevin də adı var.

Əfv sərəncamını 38 xarici vətəndaşa, o cümlədən 3 vətəndaşlığı olmayan şəxsə də şamil edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}