Putin Qərb ölkələrini hədələyir: “Qırmızı xətti” keçməyin”
Tarix: 26-05-2018 08:11 | Bölmə: Slayd
Putin Qərb ölkələrini hədələyir: “Qırmızı xətti” keçməyin”

Rusiya prezident Vladimir Putin Qərb ölkələrini rəsmi Moskva ilə münasibətlərdə “qırmızı xətti” keçməməyə çağırıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, V.Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Bəs deyildi ki, NATO sərhədlərimizə yaxınlaşıb? Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər, hər hansı radarlar və raket əleyhinə müdafiə sistemləri quraşdıracaqlar… Bilirsinizmi, hər şeyin bir həddi var, “qırmızı xətti” keçmək olmaz. Bizim maraqlarımıza hörmətlə yanaşın”, - deyə V.Putin qeyd edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}