23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Prezident generalın qardaşını işdən çıxarıb - Təyinat
Tarix: 07-06-2018 15:08 | Bölmə: Slayd
Prezident generalın qardaşını işdən çıxarıb

Prezident İlham Əliyev daha bir icra başçısının işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, T. Zeynalov 2007-ci ildən Tovuzun icra başçısı idi.

İşdən çıxarılan Tofiq Zeynalov Baş Dövlət Yol Polisi idarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşıdır.

Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni başçı Məmməd Məmmədov əslən Tovuz rayonundadır. O, uzun illər biznes fəaliyyəti ilə məşğul olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}